Futbol İnkişaf Mərkəzi, əvvəllər Bayıl Arena, Bayıl stadionu və ya ASCO Arena — Azərbaycanın Bakı şəhərində stadion; tutumu 3,200 tamaşaçıdır.
Tarixi Stadion AFFA tərəfindən inşa edilmişdir. Açılışı 2012-ci ilin sentyabrında olmuşdur Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub.
Vaxtilə Rəvan Bakı və "Sumqayıt" qonaq komandaları burada qəbul edirdi. 2019-cu ilin aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılıb."BAYIL ARENA" "ASCO ARENA" ADI İLƏ FƏALİYYƏT GÖSTƏRƏCƏK
"Səbail" klubu ev oyunları zamanı 2026-cı ilə qədər bu stadionda keçirirdi. Həmin tarixdən stadion AFFA-nın balansına keçmişdir.
AFFA İcraiyyə Komitəsinin 25 iyun 2025-ci il tarixli iclasında qəbul edilən qərara əsasən, Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və onun ərazisində yerləşən inzibati binada əsaslı yenidənqurma və təmir işlərinə başlanılmışdır.
Aparılan təmir işləri çərçivəsində stadionda "FIFA Quality Pro" sertifikatına malik yeni süni ot örtüyü quraşdırılmış, işıqlandırma sistemi yenilənmişdir. Həmçinin inzibati binada yerləşən paltardəyişmə, hakim, həkim, dopinq, ofis və yataq otaqlarının əsaslı təmiri həyata keçirilmişdir. Stadionun yenidənqurmadan sonra tam olaraq uşaq və gənclər futbolunun istifadəsinə verilməsi, eləcə də Bakı Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində traditional "Sabahın Ulduzları" turnirinin burada təşkili nəzərdə tutulmuşdur. 2026-cı ilin avqustunda sözügedən turnir bu stadionda başlamışdır.
Yubiley matçları 100-cü matç: 13.05.2013. "Sumqayıt" — "Xəzər Lənkəran" 1:0
Qalereya
Həmçinin bax 2026 Sabahın Ulduzları
İstinadlar
Kateqoriya:Bakıda idman Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Azərbaycan futbol stadionları Kateqoriya:Azərbaycan Futbol Federasiyaları Assosiasiyası