Dalğa Arena və ya sponsorluq razılaşmasına əsasən Liv Bona Dea Arena — Bakının Mərdəkan qəsəbəsində yerləşir. 6 iyun 2011-ci ildə FIFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdulayevin iştirakı ilə açılış mərasımı olmuşdur. Stadionnun tutumu 6,700 tamaşaçıdır. Rəvan, Kəpəz, Sumqayıt, Bakı, Qəbələ, Neftçi, İnter (Keşlə), Zirə, Azal kimi yerli klublar həm Premyerliqa həm də Avroliqa oyunlarnı, bundan əlavə Azərbaycan milli futbol komandaları qonaq komandaları burada qəbul edib. Dalğa Arena stadionunda bu günə kimi 400-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionununda daxil olduğu AFFA Futbol Mərkəzinin digər məşq meydançaları ilə birlikdə 4200-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionu FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 Azərbaycanın bir tanıtım stadionlarındandır.

İstinadlar

Kateqoriya:Bakıda idman Kateqoriya:Azərbaycan stadionları

Kateqoriya:Azərbaycan futbol stadionları