Baqrationlar və ya Baqrationilər () — Gürcüstanın qədim kral nəsli; Gürcüstanın bir çox, Rusiyanın isə bir neçə nəfər görkəmli dövlət və hərbi xadimi bu nəsildən çıxmışdı. Gürcü tarixi mənbələrində Baqrationilərin xronologiyası VI əsrdən hesablanır.Sumbat Davitis-Dze, The Life and Tale of the Bagratids (ცხოვრებაჲ და უწყებაჲ ბაგრატონიანთა ჩუენ ქართველთა მეფეთასა), see Suny (1994), p. 349; Rapp (2003), p. 337 Bəzi mənbələrə görə Avropada ən qədim kral nəslidir.The Curious Case of Ms. Orange, E. J. Edwards, p50Caucasus: The Paradise Lost, Piera Graffer, LoGisma, p85More moves on an Eastern chequerboard, Sir Harry Luke, p71Handbook for Travellers in Russia, Poland, and Finland, John Murray, p322The Chautauquan, Volume 22, Theodore L. Flood, Frank Chapin Bray, 1895, p698
Milli mənşəyi Qədim erməni mənbələrinə görə Baqrationilər Hay nəslindəndirlər, qədim gürcü mənbələrində isə Baqrationilər Farnavaz nəslinin davamçıları hesab edilir. Həmçinin, erməni mənbələri ənənəvi olaraq Baqrationilərin soykökünü İran şahı I Artakserksin dövründə — b.e.ə. V əsrdə, Ermənistan satrapı olmuş yəhudi əsir Şambata (Sumbata) bağlayırlar. Amma daha sonrakı erməni-gürcü mənbələrində bir qayda olaraq Baqrationilər Davud peyğəmbərin (Davud padşahın) törəmələləri hesab edilir.
İlkin Baqrationilər
Orta əsrlərdə XI–XII əsrlərdə Gürcüstan Baqrationilərin hakimiyyəti altında xeyli gücləndi. Kral IV David (Qurucu David) (1089–1125) Gürcüstanı müstəqilliyini bərpa etdi və bütün gürcü torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. O cümlədən, Tiflisi də ələ keçirərək, oranı Gürcüstanın paytaxtı etdi. Onun nəvəsi III Georginin (1156–1184) hakimiyyəti dövründə isə Gürcüstanın ərazisi şimal və şərqə doğru daha da genişləndi.
III Georginin qızı kraliça Tamara (Böyük Tamara) (1184 — təxm.1210/1213) bütün Yaxın Şərqin ən qüdrətli hökmdarlarından biri oldu.
Həmçinin bax Səlcuq-Baqrationi sülaləsi
İstinadlar
Xarici keçidlər Resmi sayt
Kateqoriya:Kaxeti çarları Kateqoriya:Gürcüstan çarlığı Kateqoriya:Kartli çarları * Kateqoriya:Gürcüstan tarixi Kateqoriya:gürcüstan ailələri Kateqoriya:Siyasətçi ailələri Kateqoriya:Sülalələr Kateqoriya:IX əsrdə yarananlar