I Jerom () — Vestfaliyanın tək kralı, Napoleon Bonapartın qardaşı.
Gəncliyi Ayaççoda, Bonapartlar ailəsinin 8-ci övladı olaraq dünyaya gəlmişdi. 1803-cü ildə Elizabet Pattersonla evlənmişdi. Həyat yoldaşı hamilə olan vaxt boşandılar. Jerom 1807-ci ildə qardaşı tərəfindən Vestfaliya kralı elan olundu və paytaxt Kasselə köçdü.
Hakimiyyəti Vürtemberq kralı I Frederikin qızı Katarina ilə evlənən Jerom çox bədxərc olduğu üçün Napoleon tərəfindən maddi dəstək almadı. 1812-ci ildə Rusiyaya hücumda Napoleona kömək etmək istədisə də Napoleon ona imkan vermədi. 1813-cü ildə Prussiya və Rusiya ordusuna qarşı mübarizədə məğlub oldu və Vestfaliya krallığı ləğv edildi.
Sonrakı həyatı Napoleonun hakimiyyətə geri qayıtmasından sonra orduya qoşuldu və səriştəsizlik ucbatından ingilislərə məğlub oldu. Daha sonra ABŞa köçən Jerom III Napoleon dövründə Əlillər Evinin sədri təyin edildi. Daha sonra vəliəhd dərəcəsinə qədər yüksəldi. 1860-cı ildə Parisdə vəfat etdi.
Ailəsi
Övladları: Jerom Napoleon Bonapart Jerom Napoleon Şarl Bonapart Matilda Bonapart-Demidovna Napoleon Jozef Bonapart
İstinadlar Kateqoriya:Fransa kralları Kateqoriya:Fransa marşalları Kateqoriya:Fransa siyasətçiləri Kateqoriya:Almaniya kralları Kateqoriya:Fransa memuarçıları