II David və ya İmamqulu xan () — Kaxeti çarı.
II David İslamı qəbul etmişdi. İmamqulu xan kimi tanınırdı.
Həyatı I İrakli Baqrationi və Anna Çolokaşvilinin oğlu olaraq 1678-ci ildə anadan olmuşdu. 1703-cü ildə vali, 1709-cu ildə çar olmuşdu. Dağıstan xalqlarına qarşı mübarizədə Balakən və Qaxı itirmişdi. Əvvəlcə Kartli çarı I Yese, 1719-cu ildən sonra VI Vaxtanq ilə müttəfiq olan çar yenə də qalib ola bilmirdi. 1722-ci ildə vəfat etdi və Qum şəhərində basdırıldı.
Ailəsi Çar II David Tarki şamxalının qızı Cahan bəyim ilə evlənmişdi. 3 övladı olmuşdu. Daha sonra siyasət gərəyi Sultan Hüseynin qızı Raziya Sultanla evlənmişdi. lkin bütün övladları birinci evliliyindən idi. Levan Baqrationi (Mahmud Rza Mirzə) — Gəncə bəylərbəyi (ö. 1734) Aleksandr Baqrationi (Əli Mirzə) — Kartli çarı Həsən Mirzə (ö. 1750) — Nadir şahın səfiri
Kateqoriya:Kaxeti çarları D Kateqoriya:İslamı qəbul edənlər Kateqoriya:İran gürcüləri