Yese () — Kartli çarı. Kartli kralı Levan şahzadə Tinatin Avalişvilinin oğlu, Kartli çarı "XI Georgi"nin qardaşı.Cyrille Toumanoff. Les dynasties de la Caucasie chrétienne de l’Antiquité jusqu’au XIXe siècle. Tables généalogiques et chronologiques. — Rome, 1990. — P. 144..
Yese İslamı qəbul etmişdi. Əvvəlcə şiə ikən Əliqulu xan, daha sonra sünni ikən Mustafa paşa kimi tanınırdı.
Həyatı Yese 1680-ci ildə qəyyum Levanın və ikinci həyat toldaşı Tinatin Avalişvilinin oğlu olaraq doğulmuşdu. Müsəlman olduqdan sonra Əliqulu xan adını götürən Yese 1708–1709-cu illərdə Kirman naibi, 1709–1711-ci illərdə isə Kirman bəylərbəyi olmuşdu. 1711–1714-cü illərdə isə Səfəvi ordusunun topçubaşı (artilleriya üzrə baş komandan) olmuşdu.
Hakimiyyəti 1714-cü ilin martında VI Vaxtanq İslamı qəbul etmədiyi üçün onun yerinə çar olmuşdu. II David ilə ittifaq quran çar 1716-cı ilin iyunu çarlıqdan kənarlaşdırılaraq yerinə VI Vaxtanq gəldi.
Həbs və dini dəyişiklik Yesse Telaviyə köçdü və III Bakarın qəyyumluğu altında yaşamağa başladı. 1721-ci ildə VI Vaxtanq tərəfindən Kartli ədalət naziri təyin edildi. II Konstantin Baqrationinin hücuma hazırlaşdığını eşidən Yese 1723-cü ildə Osmanlıya qaçaraq sünni oldu və 1724-cü ildə Mustafa paşa adı ilə çar elan edildi. 1727-ci ildə öləndən sonra isə çarlıq institutu ləğv edildi.
Ailəsi Yese 2 dəfə ailə qurmuşdu: 1712-ci ildə Maryam Orbeliani (1692–1767) ilə: Georgi Allahverdi (1713–1762) Bir kənizlə: Arçil İshaq Aleksandr Baqrationi Levan Hüseyn Baqrationi I İrakli Baqrationinin qızı Yelena ilə: Teymuraz Baqrationi (1720–1788) — gələcək katolikos I Anton David (1716–1738) Nikolas İoane (ö. 1717) Xoreşan Anastasiya
İstinadlar
Kateqoriya:Kartli çarları Kateqoriya:Baqrationlar Kateqoriya:Topçubaşılar Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:XVIII əsr hökmdarları Kateqoriya:İran gürcüləri