Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə (; ) — İslam alimi.

Həyatı Əbu Abdullah Məhəmməd ibn İshaq ibn Xuzeymə 837-ci ildə Xorasanın Nişapur şəhərində anadan olmuşdur.

"İmamul-əimmə" (imamların imamı) ləqəbli Məhəmməd ibn İshaq ibn Xuzeymə Nişaburi şafii məzhəbinə etiqad bəsləyirdi. İraq hədisçilərinin şeyxi sayılırdı. İbn Xuzeymənin 140-dan artıq kitab yazdığı rəvayət edilir. Onun ən məşhur əsəri 3000-dən artıq hədisi ehtiva edən və bablar (fəsillər) üzrə bölünmüş "Səhih" kitabıdır.

İbn Xuzeymə 923-cü ildə vəfat edib.

Müəllimləri və tələbləri O, Məhəmməd ibn İbrahim Buşənciyə, Əli ibn Hucra, Bəkkar ibn Quteybəyə, Əbu Abdullah ibn Əbdülhakimə və Osman Dərimiyə tələbəlik etmişdir. İbn Hibban, İbn Səid əl-Haşimi, Dəğuli, Əbu Əli ən-Nisaburi, Daləc ibn Əhməd isə ona tələbəlik etmişlər.

Həmçinin bax

Səhih İbn Xuzeymə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İslam alimləri Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər