Əbu Həmid Əhməd ibn Əbi Tahir Məhəmməd ibn Əhməd əl-İsfərayini (; ) — İslam alimi.
Həyatı Ləqəbləri "Zamanının imamı", "Şafiilərin fəqihi", "Şeyxul-İslam"dır. əl-İsfərayini nisbəti hal-hazırda İranın Şimali Xorasan ostanında yerləşən İsfərayen şəhəri ilə bağlıdır. Neysəbur şəhərinin yaxınlığındadır. Hicri 344-cü ildə anadan olub.
İyirmi yaşında, yəni hicri 364-cü ildə Bağdada gəlir. Orada Əbül-Həsən əl-Mərzubən və Əbül-Qasim əd-Dəraki kimi alimlərdən fiqh və digər elmləri öyrənir. Həmçinin Əbu Bəkr əl-İsmayıli, Əbül-Həsən əd-Dəraqutni, İbrahim ibn Məhəmməd ibn Abdək əl-İsfərayini və Abdullah ibn Adiy kimi hədis imamlarından hədis eşitmiş və hədis öyrənmişdir. Şafii məzhəbində fəqih oldu, fiqhdə, təfsirdə, üsulda bir mütəxəssis, görkəmli alim oldu, barmaqla işarə olunan nadir şəxsiyyətlərdən idi.
Tələbələri Tələbələri arasında çox sayda alim və imam vardır. Onların arasında ən məşhurlarından Əbut-Tayyib ət-Təbəri, Əbül-Həsən əl-Məvərdi, əl-Fəqih Suleym ibn Əyyub ər-Razi, Əbu Əli əs-Sinci, Əbül-Həsən əl-Məhəmili kimi görkəmli alimlər vardır. Məşhur "Şərh Usul İtiqad Əhlis-Sünnə val-Cəməa" kitabının müəllifi Əbül-Qasım Hibətullah əl-Lələkəi onun tələbəsi olmuşdur.
Şəxsiyyəti Əbu Həmid, Allahdan çox qorxan, təqvalı və zahid bir şəxs olub. Vaxtını dərs verməklə və elmi münazirələr ilə keçirib. Həmçinin heybətə və hörmətə sahib biri idi. Əs-Subki deyir:
Allahın dini uğrunda və bidətlərə və bidət əhlinə qarşı mübarizədə gördüyü işlər əvəzsizdir. əs-Subki "ət-Təbəqat" kitabında zikr edir ki, onun zamanında şiələr guya İbn Məsudun mushafını tapıb çıxarırlar. Bunun nəticəsində hicri 398-ci ildə böyük bir fitnə baş verir, Əhlis-Sünnə ayağa qalxır, həmçinin şiələr də ayağa qalxırlar. Sonunda bu məsələ qazılara və alimlərə götürülür. Əbu Həmid şiələrin hüzurunda mushafın təhrif edilmiş bir mushaf olduğunu deyir. Şiələrin gənclərindən bir qrup buna görə Əbu Həmidin evinə tərəf yönəlirlər ki, ona əziyyət versinlər. Buna görə Əbu Həmid evindən köçür, lakin xəlifə ona dəstək verərək fitnəni yatızdırır və o, evinə geri dönür.
Elmi məqamı Əbu İshaq əş-Şirazi "ət-Təbəqat" kitabında deyir:
Muhyiddin ən-Nəvəvi deyir:
Xətib əl-Bağdadi deyir:
Yenə deyir:
İbn əs-Salah əş-Şəhrəzuri deyir:
Əbu İshaq əş-Şirazi "ət-Təbəqat" kitabında həmçinin qeyd edir ki, hənəfi fəqihi Əbül-Həsən əl-Qaduri ona xüsusi hörmət göstərərdi və zamanının digər fəqihlərindən üstün tutardı.
İbn Kəsir deyir:
Tarixçilər qeyd edirlər ki, on yeddi yaşında fətva verməyə başlamışdır. Ölənə qədər fətva vermiş və ölüm ayağında olarkən demişdir:
Zəhəbi onun tərcümeyi-halını başlayarkən onu "əl-Üstad, əl-Əllamə, Şeyxul-İslam" ləqəbləri ilə zikr edir. İbn Kəsir qeyd edir ki, onunla həm razılaşanlar, həm də ona müxalif olanlar onun şanının, məqamının ucalığında ittifaq ediblər. Elmə olan marağı əvəzsiz idi. Rəvayət olunur ki, Misirə adam göndərib yüz dinara Şafiinin imlalarını ehtiva edən kitablar almışdır.
Əbu Həmid özü bir çox kitabın müəllifidir. Kitabları içərisində ən məşhuru əl-Muzənidən gələn müxtəsər və digər kitabların üzərinə yazdığı qeydlərdir. Həmçinin fiqh üsulunda bir çox kitab yazmışdır. "əl-Müxtəsər" adı ilə tanınan bir kitabı vardır ki, əs-Subki "ət-Təbəqat" kitabında o kitabı gördüyünü deyir, lakin qeyd edir ki, "ər-Ravnəq" adı ilə tanınan bu kitab Əbu Həmidə nisbət olunur, lakin atası Təqiyyəddin əs-Subki o kitabın Əbu Həmidə nisbətində şəkk etmişdir. Bunun səbəbini isə qeyd etmir.
Ölümü Bu görkəmli şəxs hicri 406-cı ildə Bağdad şəhərində vəfat edib. əl-Xətib deyir:
Əqidəsi İbn Teymiyyə deyir:
İstinadlar
Kateqoriya:İslam alimləri Kateqoriya:Sünni müsəlman İslam alimləri