"Filadelfiya əhvalatı" () — rejissor Corc Kyukorun filmi.
Məzmun
Yüksək təbəqədən olan varlı gözəl Treysi Samanta Lord ikinci dəfə nikaha girməyə hazırlaşır. O, öz adı ətrafında heç bir hay-küy eşitmək istəmir. Lakin sarı mətbuat jurnalının naşirinin etdiyi şantajın köməyilə öz reportyorlarının toyda iştirakına nail olur. Müxbirlər sensasiya gözləyirlər. Və onlar heç kimin gözləmədiyi hadisələrin şahidinə çevrilirlər. Treysi başa düşür ki, adaxlısını sevmir və jurnalistlərin birindən xoşlanır.
Film haqqında
Filmin çəkilişləri bir aydan azacıq artıq müddətdə aparılmışdır. Çəkilişlər 1940-cı ilin 5 iyulunda başlamış və 14 avqustunda başa çatmışdır. 1956-cı ildə filmin "Yüksək təbəqə" adlı rimeyki çəkilmişdir. Həmin filmdə baş rolu Qreys Kelli ifa edirdi.
Mükafatlar və nominasiyalar
Mükafatlar
1940-cı ilin "Oskar" mükafatı:
Ən yaxşı kişi roluna görə – Ceyms Stüart Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə – Donald Oqden Stüart
Nominasiyalar
1940-cı ilin "Oskar" mükafatı:
Ən yaxşı film Ən yaxşı rejissor işinə görə – Corc Kyukor Ən yaxşı qadın roluna görə – Ketrin Hepbern Ən yaxşı ikinci plan qadın roluna görə – Rut Hassi
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Filip Berri, Donald Oqden Stüart, Uoldo Solt Rejissor : Corc Kyukor Operator : Cozef Ruttenberq Bəstəkar : Frans Vaksman Prodüser : Cozef Leo Mankeviç
Rollarda
Ketrin Hepbern – Treysi Samanta Lord Keri Qrant – Dekster Heven Con Hovard – Corc Kittric Ceyms Stüart – Makkoli Konnor Rut Hassi – Elizabet İmbri Roland Yanq – Villi Meri Neş – Marqaret Lord Con Hollidey – Set Lord Virciniya Veydler – Dina Lord Henri Deniell – Sidni
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Melodram filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Corc Kyukorun filmləri Kateqoriya:1940-cı ilin filmləri Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:İngiliscə romantik komediya filmləri Kateqoriya:Filadelfiya haqqında filmlər Kateqoriya:Sosial sinif haqqında filmlər