Madelayn Montano () — voleybolçu.

Həyatı və karyerası

Məktəbli vaxtlarında basketbolla maraqlansa da sonradan voleybolla məşğul olur. 1996-cı ilə qədər uşaq yığmasında oynayır. Əvvəlcə 2 il ölkəsinin çempionatında forma geyir. Daha sonra Argentinanın "San Fernando de Katamarka" klubuna transfer olur. Bir il burda oynadıqdan sonra təhsilini davam etdirmək qərarına gəlir. 17 yaşında Mayami kolleclərinin birində hərbi psixologiya üzrə təhsil alır. Kollecdə oxuduğu müddətdə həm də voleybol oynamağa davam edir. Əksər ABŞ voleybolçularının yetişdiyi "Amerika Kolleclər arası Çempionat"ın 2002-ci ildə qalibi olur. Təhsilini başa vurduqdan sonra o, Yunanıstanın "Aris Saloniki" klubundan təklif alır. 2 illik müqavilə bağlayır və oynadığı 1-ci mövsümdə liqanın 3-cüsü olur. Növbəti 2005/2006-cı il mövsümündən sonra Madelayn ana olmaq qərarına gəlir. Və 2 illik voleyboldan uzaqlaşır. 2008-ci ildə karyerasına geri qayıdan voleybolçu bu dəfə Yunanıstanın "İraklis" klubunda oynayır. 2009-cu ildə Cənubi Koreyadan təklif alır və "KT&G Daejeon" klubuna transfer olunur. Koreyada karyerasının yüksəliş dövrü başlayır. 2011-ci ildə bir oyunda 53 xal yığmaqla dünya rekorduna imza atır. Bundan sonra Kolumbiya Millisinə dəvət alır. Daha sonra öz rekordundan 1 xal artıq 54 xal toplamaqla yenidən diqqət mərkəzinə düşür (Hazırkı dünya rekordu 55 xaldır). Avropanın ən güclü çempionatlarından təklif alan Montano üstünlüyü Rabitə Bakıya verərək 2012-ci ildə 1 illik müqavilə imzalayır. 2013-cü ildə Türkiyənin Qalatasaray Daikin klubuna transfer olunur. Mövsümün ortasında hepatit virusu aşkarlanır və o bir neçə aylıq fasilə verməli olur. Mövsüm sonunda yenidən meydana qayıdan Made növbəti il üçün seçimini Fənərbaxçadan yana edir. 1 oğlu var.

Xüsusiyyətləri

Boy: 185 sm Çəki: 68 kq Mövqe: Hücumçu Blok yüksəkliyi: 310 sm Hücum yüksəkliyi: 338 sm Nömrə: 7

Oynadığı klublar

Tarix Ölkə Klub 1998-1999 San Fernando de Katamarka 2004-2006 Aris Saloniki 2008-2009 İraklis Saloniki 2009-2012 KT&G Daejeon 2012-2013 Rabitə Bakı 2013-2014 Qalatasaray Daikin 2014- Fənərbaxça

Uğurları

Klublar ilə NJCAA Milli Çempionatı - 1-ci yer (Mayami Dade Kolleci), 2002 Yunanıstan Liqası - 3-cü yer (Aris Saloniki), 2004/05 Cənubi Koreya V-Liqası - 1-ci yer (KT&G Daejeon) 2009/10 FIVB Dünya Klublararası Çempionat - 2-ci yer (Rabitə Bakı), 2012 Çempionlar Liqası - 2-ci yer (Rabitə Bakı), 2013 Azərbaycan Superliqası - 1-ci yer (Rabitə Bakı), 2013

Şəxsi mükafatları

MVP (Ən dəyərli oyunçu) - Cənubi Koreya V-Liqa (2009/10) Ən məhsuldar - Cənubi Amerika Çempionatı (2011) Ən məhsuldar - Cənubi Amerika Olimpiyadaya təsnifat turniri (2012) Ən məhsuldar - Çempionlar Liqası (2012/13) MVP (Ən dəyərli oyunçu) - Azərbaycan Superliqası (2012/2013)

İstinadlar

Kateqoriya:Kolumbiya voleybolçuları Kateqoriya:Rabitə Bakı VK voleybolçuları Kateqoriya:Qalatasaray QVK voleybolçuları Kateqoriya:Fənərbaxça QVK voleybolçuları