Yusif Kərim oğlu Hümbətov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı (1995-2005), 1-ci dərəcə dövlət müşaviri.

Həyatı Yusif Hümbətov 1950-ci il sentyabrın 20-də Amasiya rayonunun Güllübulaq qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq bölməsini, Bakı Ali Partiya Məktəbinin Hüquq böməsini və Azərbaycan Universiteti Hüquq bölməsində ali təhsil alıb. Rus və alman dillərini bilir.

Ailəlidir, üç övladı var.

Fəaliyyəti 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 97 nömrəli Cəlilabad qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Yusif Hümbətov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Yusif Hümbətov, Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri