Dünyamalı Böyükxan oğlu Məmmədov () — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Həyatı Dünyamalı Məmmədov 1952-ci il sentyabrın 3-də Cəlilabad rayonunun Həziabad qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun İnşaat bölməsində, Sosial İdarəetmə və Politologiya İnstitutunun isə Politologiya bölməsində ali təhsil alıb. Rus dilini bilir. Bitərəfdir. Ailəlidir, üç övladı var.
Fəaliyyəti 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 96 nömrəli Cəlilabad şəhər dairəsindən bitərəf namizəd olan Dünyamalı Məmmədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Dünyamalı Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının və Azərbaycan—İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunda doğulanlar Kateqoriya:Azərbaycan siyasətçiləri