Aydın Allahverdi oğlu Əliyev () — Azərbaycan aktyoru.

Həyatı Aydın Allahverdi oğlu Əliyev 14 mart 1955-ci ildə anadan olub. M .Füzuli adına Ordubad şəhər 8 illik internat məktəbində təhsil alıb. İrəvan kənd Təsərrüfatı Texnikumunu bitirib.

Fəaliyyəti Hələ texnikumda oxuyarkən C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında Ş.Ələsgərovun "Ulduz" musiqili komediyasında- Müxbir, M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsərində- Teymur ağa, C. Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşada Aydın və Surxay obrazlarında çıxış etmişdir.

1975–1982-ci illərdə İrəvan Teatrında, 1982–1986-cı illərdə Şəki Dövlət Dram Teatrında, 1986–1992-ci illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir və bu illər ərzində onlarla tamaşalarda müxtəlif səpkili rollar yaratmışdır.

1993-cü ildən Bakı Bələdiyyə Teatrında repertuarda olan tamaşalarda müxtəlif səpkili, yaddaqalan rolların mahir ifaçısıdır. Kinoda 20-dən çox obraz yaradıb.

Ad və mükafat Azərbaycan Respublikasının Əməkdar Artisti (2002) "Tərəqqi" medalı (25 iyun 2013)

Teatr səhnəsindəki rolları İrəvan Dövlət Dram Teatrı Ş.Ələsgərov "Ulduz" — Müxbir M.F.Axundzadə "Sərgüzəşti Vəziri Xani Lənkəran" — Teymur ağa C. Cabbarlı "Aydın" — Aydın və Surxay

Bakı Bələdiyyə Teatrı O.Altunbay "Tomris" — Odtəkin Y.Anuyun "Medeya" — Şah Krion R.İçərişəhərli "Vətənə igidlər gərəkdir" — Ruben C.Məmmədquluzadə "Ölülər" — Mirbağır ağa C.Cabbarlı "Dönüşü" — Qüdrət Arslan N.Nərimanov "Nadir şah" — Mirzə Mehdixan M.Məmmədov "Dəli Domrul" — Əzrail S.Rəşidi "Mənim Ərdəbilim" — Həşim ağa M.F.Axundov "Müsyo Jordan Dərviş Məstəli Şah" — Dərviş A.Babayev "Oğul" — Kölgə A.Qurbaninin "Türk sancağı" — Armen N.Hikmət "Damokl qılıncı" — Komisyonçu Ə.Əliyev "Unutqanlıq qorxunc bəladır" — Aparıcı H.Cavid "İblis" — Elxan

Filmoqrafiya Ovsunçu (film, 2002) (tammetrajlı bədii film) — kuryer Bir anın həqiqəti (film, 2003) (serial) Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) — Qurgen Ərazi (film, 2005) (qısametrajlı bədii film) Yoxlama (film, 2006) (serial) Biz qayıdacağıq (film, 2007) (tammetrajlı bədii film) Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film) — Seyid Hüseyn Qovğalı kəndinin gecələri (film, 2008) (tammetrajlı bədii film) — pasiyent 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) — xalça müştərisi Azarkeş (film, 2008) (tammetrajlı bədii film) Prokuror (2008) (tammetrajlı bədii film) Cavad xan (film, 2009) (tammetrajlı bədii film) Qaydasız döyüş (film, 2009) (serial) — polkovnik Ələsgərov Sonuncu dərviş (film, 2009) (tammetrajlı bədii film) — dərviş İstanbul reysi (film, 2010) (tammetrajlı bədii film) Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — kriminalist Ağabəyovlar (film, 2012-2014) Xoca (film, 2012) (tammetrajlı bədii film) — Rəhman Dolu (film, 2012) (tammetrajlı bədii film) — dustaq Sirr (serial, 2012) (serial) Məhkumlar (2012) (serial) Tək olanda qorxma... (teleserial, 2013) (serial) — Mehbalı Əli və Nino (film, 2015) (tammetrajlı bədii film) — rus qubernator Tağıyev. Neft (2024) — Məlik

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları