Əlisəttar Ələsgər oğlu Atakişiyev (25 dekabr 1906, Bakı – 7 noyabr 1990, Moskva) — operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), uşaq-fantastika janrlarının rejissoru.Məmmədli O. "Sehirli xalat" və ya nağıla çevrilən uşaqlıq: [Rejissor Əlisəttar Atakişiyevin eyni adlı filminin baş qəhrəmanı Zərifə (Solmaz Hətəmova) ilə müsahibə] //Xalq cəbhəsi.- 2008.- 21 may.- S. 10.
Həyatı Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olmuşdur.
Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb.Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Estoniyanın ilk rəngli filmini çəkib.
Kino-operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olmuşdur.
Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir."İbrahimin sərgüzəştləri" [Ə. Atakişiyevin eyniadlı kitabının Moskvada çapdan çıxması haqqında] //Ədəbiyyat və incəsənət.- 1971.- 5 iyun.- səh. 16 Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 233-234.
Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat etmişdir.
Filmoqrafiya Arşın mal alan (film, 1945)— Quruluşçu Operator Azərbaycanın müalicə ocaqları (film, 1951)— Quruluşçu Rejissor və Quruluşçu Operator Bakılılar (film, 1938)— Operator Bir ailə (film, 1943)— Quruluşçu Operator Bir qalanın sirri (film, 1959)— Quruluşçu Rejissor Bizim küçə (film, 1961)— Quruluşçu Rejissor Doğma xalqıma (film, 1954)— Quruluşçu Operator Fətəli xan (film, 1947)— Quruluşçu Operator İstintaq davam edir (film, 1966)— Quruluşçu Rejissor Xalq Yaradıcılığı Festivalı (film, 1937)— Quruluşçu Rejissor və Quruluşçu Operator Qərib cinlər diyarında (film, 1977)— Quruluşçu Rejissor Mahnı belə yaranır (film, 1957)— Geyim Rəssamı Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015) - Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib. O olmasın, bu olsun (film, 1956)— Quruluşçu Operator Sehrli xalat (film, 1964)— Quruluşçu Rejissor, Ssenari müəllifi Səhər nəğməsi (film, 1950)— Quruluşçu Operator Sovet Azərbaycanı (film, 1950)— Quruluşçu Operator Sovqat (film, 1942)— Quruluşçu Rəssam Sualtı qayıq "T-9" (film, 1943)— Quruluşçu Operator Şöhrət, yaxud unudulan adam (film, 2003)— Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib. Uzaq sahillərdə (film, 1958)— Quruluşçu Operator
İstinadlar
Mənbə ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Atakişiyev, Ə. "Məhəbbətimi tapmışam" [İstedadlı kino ustası, rejissor, operator, ssenarist və… rəssam haqqında] //Bakı.- 1969.- 3 sentyabr. Atakişiyev, Ə. "Uşaq filmlərinin çəkilməsi" //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Xarici keçidlər "O olmasın, bu olsun" filminin operatorunun amansız taleyi Kinorejissor Əlisəttar Atakişiyevin doğum günüdür
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ kinooperatorları Kateqoriya:Azərbaycan kinooperatorları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları