Pirallahı rayonu — Bakı şəhərinin 12 inzibati rayonundan biri. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yeni Bakı şəhəri Pirallahı rayonu yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə Bakı şəhəri Xəzər rayonunun Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri tərkibindəki Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil edilmiş, Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.

İqtisadiyyat və turizm Rayon 4 inzibati-ərazi vahidinə malikdir: Pirallahı Çilov Neft Daşları Gürgən Pirallahı rayonunun Çilov qəsəbəsi neftlə zəngindir.

Əhalisi # Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı1Pirallahı170142Neft Daşları4013Çilov16944Gürgən1178Cəmi20287

Ümumi məlumat Ümumi məlumat ? Ümumi ərazi, [kv.km] 71,12 (7 112 ha) km2 Əhalinin ümumi sayı 20 287 nəfər Qəsəbələrin sayı 4 İri və orta müəssisələrin sayı 0 Ümumtəhsil məktəblərinin sayı 6 Ali təhsil müəssisələrinin sayı 0 Xəstəxanalar və tibb müəssisələrinin sayı 2 Mədəniyyət ocaqlarının sayı 0

İstinadlar

Həmçinin bax

Kateqoriya:21 dekabrda yarananlar Kateqoriya:2012-ci ildə Azərbaycanda yarananlar