Fərəcov Ədalət Nurulla oğlu () — Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor. Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri. Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü.
Həyatı Ədalət Fərəcov 1936-cı ildə Masallı rayonunun Kürdəbaz kəndində dünyaya gəlib. Masallı rayon onillik orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (ADPİ) ali təhsil alıb. 1963-cü ildə ali məktəbin Kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Ə. Fərəcov institutda saxlanılıb. 1970-ci ildə namizədlik dissertasiyası, 1990-cı ildə doktorluq dissetasiyası müdafiə edib. 1988–1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hərbi və fiziki təlim fakültəsinə dekan işləyib. 15 ildən artıq müddətdə respublikada biologiya fənni üzrə olimpiadanın sədri vəzifəsində çalışıb. 7 monoqrafiyanın, 8 dərsliyin, 3 dərs vəsaitinin və çoxlu sayda fənn proqramlarının müəllifidir.
1994-cü ildən 2017-ci ilədək ADPU-nun Fiziologiya kafedrasının müdiri, AMEA Fiziologiya İnstitutunun dissertasiya müdafiəsi şurasının həmsədri vəzifəsində işləyib.
Ədalət Fərəcov mərhum dövlət başçısı Heydər Əliyevə 1992-ci ildə müraciət imzalamış və Yeni Azərbaycan partiyasını yaradan məşhur 91-lərdəndir.
Mükafatları 2006-cı ildə o, Prezident təqaüdünə layiq görülüb.
2017-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib. Bundan başqa, "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına, Elm və Təhsil Nazirliyinin "Əlaçı" döş nişanına layiq görülüb.
1 may 2026-cı ildə prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
İstinadlar Kateqoriya:Masallıda doğulanlar Kateqoriya:Azərbaycan bioloqları Kateqoriya:91-lər Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri