Rafiq Mirzəcan oğlu Hüseynov (24 aprel 1941 – 19 avqust 2018) — aktyor, Azərbaycan Respublikasının əməkdar artisti (1991).

Həyatı 24 aprel 1941-ci ildə Hacıqabul rayonunda doğulub. 25 may 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında aktyor, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim vəzifəsində işləyib. 20 sentyabr 1972-ci ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bir neçə tamaşanın müəllifi və quruluşçu rejissorudur. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.

19 avqust 2018-ci ildə vəfat edib.

Əsas rolları:

Leonardo - ("Sükut divarı", Paola Messina) Əşrəf bəy - ("Hacı Qənbər", Nəcəf Bəy Vəzirov) Həcir - ("Söhrab və Rüstəm", İskəndər Coşğun) Mələmiş müəllim - ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) Mahmud - ("Azad Çoban", Məmmədiyyə Yusifzadə) Səlim - ("Bir sahilin adamları", Xalidə Hasilova) Dahi - ("Unutmağa kimsə yox", Kamal Abdulla) Qara keşiş - ("Nəsrəddin", Yusif Əzimzadə) Ziyad xan - ("Mahmud və Məryəm", Elçin) M.B.Bağırov - ("Ölüm hökmü", Elçin) Mkrtıç – ("Hacı Qara", Mirzə Fətəli Axundov) Piri Baba - ("Qaraca qız", Süleyman Sani Axundov, Abdulla Şaiq) Salur Qazan - ("Dədəm Qorqud", Əbdüləzəl Dəmirçizadə) Əmir Şeyxzamanov – ("Mənim ağ göyərçinim, Tamara Vəliyeva) Vətən – ("Yaddaş ağrısı", Hüseynbala Mirələmov) Zəvvarbaşı – ("Məkkəyə gedən yol" C.Məmmədquluzadə)

Filmoqrafiya Qəzəlxan (film, 1991) Fatehlərin divanı Sonuncu şahid (film, 2004) Təlatüm (film, 2006) Cavid ömrü (film, 2007) Gürzə (2008) Aktrisa (film, 2011)(tammetrajlı bədii film)-səsləndirən: baş prokuror (Yuri Baliyev) Sirr (serial, 2012)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:XXI əsr Azərbaycan aktyorları