Miloş Forman (; əsl adı: Yan Tomaş Forman, ; 18 fevral 1932, Çaslav, Çexoslovakiya) — Çexiya və ABŞ kinorejissoru və ssenaristi.
Həyatı Tomas Yan Forman 1932-ci il fevralın 18-də Çexoslovakiyanın Çaslav şəhərində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Çexoslovakiyanin işğalı zamanı valideynlərini Osvensiumda itirmişdir. Praqa incəsənət akademiyasının kino fakültəsinin məzunudur. 50-ci illərin ortalarında həm ssenarist kimi işləmiş, həm də məşhur "Laterna Maqika"da ilk proqramların hazırlanmasında iştirak etmişdir. 1963-cü ildə "Müsabiqə" adlı sənədli filmi ilə kino sənətində debut etmişdir. Rejissor filmdə gənclərin caza maraq atmosferini yaratmağa və peşəkar jüli qarşısında öz bacarıqlarını nümayiş etdirən bu musiqi sevənlərin müsabiqədəki acınacaqlı səhnəsini təsvir etməyə çalışmışdır. 1964-cü ildə Forman "Qara Pyotr" adlı ilk tammetrajlı filmini çəkir ki, bu filmin başqa adı "Pyotr və Pabla" idi. Filmdəki rolları ifa edən aktyorların həm peşəkar, həm də qeyri peşəkar olmasına baxmayaraq rejissor kasıb təbəqənin solğun, maraqsız həyat atmosferini sənədli şəkildə verməkdən utanaraq, təbii həyatın gerçəkliyini, həqiqi və istehzalı qəhrəmanların psixoloji təsvirini verməyi üstün tutmuşdur. Tez-tez improvizə olunmuş dialoqlar, ekrana çıxardılmış materialla əla tanışlıq, o vaxtlarda gənclərin etiraz simvolu kimi qəbul olunan rok musiqisindən istifadə filmə bütövlük gətirdi. Başlıcası isə nəsillərin münaqişəsi mövzusuna müraciət edən Formanın bu və bundan sonrakı "Sarışının məhəbbət macərası", "Mənim xanımım yanır" və b. filmlərində də öz əksini tapmışdır. Formanın çəkdiyi "Çex dalğaları"filmi ÇSSR-nin kino həyatında inqilabi hadisəyə çevrilmiş, rejissorun özü isə lider olmuşdur. Forman sosialist realizm estetikasına qarşı çex ədəbiyyatının təcrübə və ənənələrini qoyurdu. Çalışırdı ki, sənədli hekayələrin daxilində olan metaforik və simvolik fikirləri əlaqələndirsin. Fransada yeni filmin çəkilişləri ilə əlaqədar danışıqlar apardığı vaxt 1968-ci il sovet ordusu Çexislovakiyaya soxulduqdan sonra o vətəninə qayıtmadı və Amerikaya üz tutdu. Burada Forman 1971-ci ildə çəkdiyi "Hissə" filmi ilə öz rejissor yaradıcılığının yeni səhifəsini açmış oldu. Film Formanın əbədi mövzusu –nəsillərin münaqişəsinə həsr olunmuşdur (Kanda BKF-nın mükafatını almışdır.) və azadlıq təknəsi olan gənclərin yaradıcı ruhunun aqressiv yaşlılar tərəfindən boğulmasını göstərmişdir. Bu cəhddə Amerikanı əcnəbilərin gözü ilə Forman yeni materialda öz metod və stilinə sadiq olaraq əks etdirməyə çalışmışdır. Onun növbəti işi olan "Səkkizlərin gözü ilə" sənədli filmində Münhen olimpiyadasındakı beş növçülər haqda epizod təsvir olunmuşdur. Bundan sonra o, nəsillərin bir araya gəlməməsi mövzusuna sadiq qalmasına imkan verən, gənclərin əks mədəniyyətinə rəğbət, yuxarıların ikiüzlülüyünə, zorakılığına qarşı etiraz ifadə edən Amerika əsərlərinin ekranlaşdırılmasına üstünlük verir. Forman "Üsyançılar" filmində də öz fikrini dəyişmir.
"Saçlar" Forman hay-küylü Brodvey premyerasını (1967-ci ildə) gördükdən 12 il sonra 1979-cu ildə bəstəkar Qold Makdermotun bu gözəl əsərinə müraciət etdi. Filmin süjeti və mahnısı Ceymis Reydə və Ceroma Reqniyə məxsus idi. Yəqin ki, zaman məsafəsi rejissoru təkcə ilk rok muzikl ekranlaşdırmağa deyil, 60-cı illər gəncliyinin yeni mədəniyyətinin özünə məxsus cəhətlərinin aktuallığını ((Vyetnam müharibəsi, hippi hərəkatının üsyanı),(ilk dəfə səhnədə lüt soyunmuş aktyorlar göldə çimmək epizodunda görsəndilər.)) əks etdirməyə imkan vermişdir. Mərkəzi qərb gənclərinin üsyankar tarixi, Vyetnama yola düşmək ərəfəsində həyatın ləzzətini duymaq arzusunda olan Nyu-York aristokratları və Mərkəzi parkın qayğısız hippiləri haqda mövzulardan fərqli olaraq Formanın fikri dərin və fəlsəfi idi. "Gecə yarısı kavboyun" əvəzinə səhv olaraq onun dostu -hippi yola salınır. Saçları qırxılmış gənclərin əvəzinə Amerikada Arlinqton qəbiristanlığında ancaq ağ rəngli xaçlar qaldı. Ona görə də Formanın bu filmini "post-vyetnam sindroma"həsr olunmuş "Maral ovu", "Evə qayıdış", "Apokalipsis bu gün" filimləri ilə bir sıraya qəbul edirlər. Bu filmi çəkməklə Forman zorakılıq, hərbi psixoz, özbaşınalıq, azğınlıq dünyasında başını itirmiş Amerikanın özünü və əxlaqsız uşaqlarını acı və ayıq nəzərlə satira atəşinə tutaraq Amerika tamaşaçılarına və tənqidçilərinə dəli hərbçi (general rolunu məşhur rejissor Nikolas Rey əla oynamışdır.) rolunu təqdim etdi. Əyləcəli sensasiya xarakterli film gözləyənlər bu filmi qəbul etmədilər. Film parlaq obrazları, gözəlliyi və çoşğun fantaziyası, əla rəqslərin yüngüllüyü və zərifliyi (Rəqslərə quruluş Tarp tərəfindən verilmişdir.), klassik janrda olan gözəl mahnıları ilə baxanları heyran edirdi. Flimdə əsas rolları T. Vilyams, D. Sevic, B. D. Ancelo ifa edirdilər.
"Amadey" İngilis dramaturqu Şefferin romanı əsasında Forman öz rejissorluq konsepsiyasına uyğun musiqili tarixi film yaratdı. Flimdə birinci plana çıxarılmış bacarıqsız və paxıl bəstəkar Salyerinin obrazı (F. M. Abraham) elə bil ki, dahi Mosartın zəhərlənməsi haqda əfsanəyə uyğun olaraq verilmişdir. Salyerinin Mosartı öldürməməsi indi sübut olunmuşdur. Qəzəbli Bethoven, hətta Puşkin belə səhv edib. Siz haqlısınız hər şeylə maraqlanan və ədalı tarixçilər. Amma doğurdanmı haqlısınız? Puşkin isə müqəddəslərin günahkar yer kürəsində heç nə edə bilmədiyini, ona təsir edə bilmədiklərini son nəticədə onu yad bədən kimi özlərindən uzağa itələyə bilmədiklərini demişdir. Onlar birlikdə deyillər-səma və torpaq kimi, su və od kimi, dahi və cinəyatkar kimi. "Sən Mosart Allahsan və özün heç bunu bilmirsən" — şair demişdir. Biz lakin insanlar arasında olan allahların həqiqi taleyini unuduruq? Biz onları yaradırıq, biz onlara sitayiş edirik, onlara xəyanət edirik, bir gün əvvəl ehtirasla öpürük sonra isə çarmıxa çəkirik. Sonra isə öz bacarıqsızlığımızı, əzazilliyimizi, acgözlüyümüzü onların adına kilsələr, məktəblər yaratmaqla ört-basdır edirik. Dahilər yaradıcılıq möcüzəsini və şöhrətin qısa anını, kasıblığın uzun sürən dəhşətini, tənqidçilərin söyüşlərini, etibarlıların ədavətini, həqiqi varislərinə məktəb qoymadan o qədər yoxsullaşırlar ki, onları oğruların və avaraların dəfn olunduğu qardaşlıq məzarına atırlar. Forman və Şefferin "Amadey" filmi demək olar ki, ağlını itirmiş sadə insanların başına gəlir.
Dəlixana haqda belədir: hazırda Mosart dahi deyil, ancaq Salyeri isə Salyeri deyil, daimi Mosartın əbədi borclusudur. Çoxlu sayda musiqiçilərdən biri olan bu musiqiçini kim xatırlayardı, əgər bu zəhərlənmək əfsanəsi olmasaydı, küçük kimi qorxub mırıldayan Mosartdan Salyerinin fərqi vunderkind olmaması idi. Mosart öz simfoniyalarını, konsert və operaların şirin quymaq kimi bişirirdi. Dəlixanada əlbəttə ki, axmaq qonşularının xeyir-duası ilə özünü öldürməsinə baş tutmayan cəhddən sonra keçmiş Avstriya imperatorunun saray bəstəkarı, indi isə vahiməli bir qoca 35 yaşlarında sadə keşişə müsahibə verir (zavallı keşiş, Salyeridən heç nə bilmir.), digər 35 yaşlı insancığı (Mosartı) xatırlayırdı. Onun necə birinci dəfə görmüşdü, onunla gücünü ölçmək istədiyi nəhəng və yaraşıqlı bir adam gözləyirdi, amma burnufırtıqlı uşaq, kobud və ana söyüşü söyən, boyalı qızların dalınca qaçan gördü (və bu imperator qarşısında çıxış etməlidir).
O, birinci dəfə bu bambılının əl yazmaları ilə tanış olanda-ayaq üstə özünü güclə saxladı, bir anda başa düşdü ki, bu uşağın notlarını allah özü tərtəmiz yazır, Saly0eri isə bu vaxt hər şeyə öz zəhmətkeşliyi ilə nail olurdu-həqiqətən əzabla, səy və xidmət edərək… Onun Apallonla mübarizə etməyə gücü çatmır və bütün gecəni özünə aman vermədən, ölməkdə olan Mosartın diktəsi ilə "Rekviyem" — ilahi musiqi yazır, hansı ki bambılının dəfnində Salyerinin əsəri kimi ifa edilir. "Rekviyem" Mosartın əsəri olaraq qalır, bədbəxt musiqiçini ümumi qəbirstanlıqda dəfn edirlər, ancaq Salyerinin isə Apollonun kölgəsi izləyir, hətta ona dəlixanada da rahatlıq verməyərək 35 yaşlı keşişi gizlicə ora göndərir, necə ki məndən — Salyeridən heç nə oxuya bilmir, amma bu eybəcər Motsartdan oxudu!…
Əsəri yəqin ki, belə adlandırmaq olardı "Mosart Salyerinin gözü ilə". Əsərin dramaturgiyasının gözlənilən və həqiqətdə olanın, fantaziyanın və reallığın poeziyasının və nəsrin (səhv etmirəmsə) Puşkinin və Salyerinin bir-birinə qarşı qoyulması əsasında qurulmuşdur.
Tənqidçilər səhv etmirlər: Puşkin burada yerinə düşür. Ola bilsin, Şeffer "Mosart və Salyerini" oxumayıb (amma çətin ki), ancaq Forman rus dilini əla bildiyindən şübhəsiz ki, Puşkinin şah əsəri ilə tanış idi. Bundan başqa fərz etmək olar ki, "Amadey" üzərində işləmədən əvvəl o ekrana çıxan həqiqi klassik əsərlər cərgəsinə düşmüş Mixail Şveytcerin "Kiçik faciələr"(1979) adlı üç seriyalı telefilm ilə də tanış imiş. Burada Valeri Zolotuxin Mosartın belə obrazını yaratmışdır, hansı ki Tom Halls öz qəhrəmanın bunca avamlığını, eyni ilə ilk plana çəkir. Bəli "Amadey"in mərkəzi epizodlarından birində — Vyana aşxanasında gecə keçirilir, ora yığışanlar üzlərini Venesiya karnaval maskaları ilə gizlətmişlər — Şveytcerin filmindəki provokasiya səhnəsi təsvir edilir. Hansı ki, Zolotuxinin Mosartı qəh-qəhə çəkən zaman Sumoktunovskinin Salyerisinə tamamilə sarsaq kimi görünürdü, o orkestr quyusuna yıxılır, oradada sakitləşmir, təlxəkcəsinə ayaqlarını oynatmaqda davam edir.
Göründüyü kimi Venesiya karnavalı ikiqat qara maska kimi (komik avers, traqik revers və ya əksinə) eyni zamanda həm bayramsayağı, həm də ölümsaçandır. Hansı ki, bu gecədə onu Mosart (ata) taxır, sonra isə Salyeri oğlu Mosartı terror etmək üçün həmən maskadan istifadə edir və Formanın filminin əsas motivinə çevrilir, süjet zəncir kimi qarşı-qarşıya qoyulmuş sevinc və kədər, təmizlik və satqınlıq, dahinin təbiiliyi və bacarıqsızın qeyri-təbiiliyi kimi düzülür. Əlbəttə əksinə Mosart su kimi (Romen Rolanın ifadəsi) — əbədi və hər yerdədir, amma daimi deyil və qısamüddətlidir, ancaq Salyeri keçiçi və nəhayətsizdir, daimidir.
Amma Salyeri Mosartı nə həyatda, nə də Formanın "Amadey"ində öldürməyib. O ancaq ehtirasla onun ölümünü arzu edirdi. O xəyalında o qədər ona uduzmuşdu ki, axırda ağlını itirib onu həqiqətən də öldürdüyünə inanmışdır.
Amma əksinə Mosart Salyerini öldürdü: keşiş heç bir mahnısını ifa etmədi, ancaq Zalsburq avarasının yüngül melodiyasını o dəqiqə tutdu və gülümsədi. Salyeri Mosartı öldürmədi, o öz operalarını yazmaqla musiqini öldürdü. Amma Mosart Salyerini öldürdü öz harmoniyasilə onun hesabını tamamilə pozaraq. Mosart 35 yaşında öldü və həmişəlik qarayanız, nadinc, sevən oğlan kimi qaldı.