thumb|Serb və Macar Baçkası thumb|Voyevodina regionu, (Serbiya) Baçka (, , , , ) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon.

Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir.

Tarix Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi. IX əsrdə Baçka Birinci Bulqar dövləti, X əsrdə Macar krallığının, XVI əsrdə isə Osmanlı İmperiyasının tərkibinə qatılır.

1910-cu ilin siyahıyaalma göstəricilərinə görə Baçka bölgəsinin əhalisini 43% macarlar, 28% çox cənubi slavyanlar, 22,5% isə almanlar təşkil edirdi.

1918-ci ildə Banat, Baçka və Baranya əyalərləri Serbiyanın tərkibinə daxil olmuş, 1920-ci il Trianon sülh sazişinin tələbinə görə bölgə Macarıstan və Yuqoslaviya arasında bölünmüşdür. 1941-ci ildə Baçka bölgəsinin çox hissəsi Macarıstanın tərkibinə daxil edilmişdir. Burada macarlar slavyanlara qarşı repressiyalar aparırdılar, bu da yerli əhalinin cavab reaksiyasına səbəb olmuşdur.

Baçka bölgəsində yerləşən şəhərlər

Xarici keçidlər Backabanat.com saytı

Həmçinin bax Serbiya bölgələri Voyevodina Banat Baranya

Kateqoriya:Macarıstan coğrafiyası Kateqoriya:Serbiya coğrafiyası Kateqoriya:Macarıstan regionları Kateqoriya:Macarıstanın tarixi vilayətləri Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Avropa regionları Kateqoriya:Serbiya tarixi Kateqoriya:Yuqoslaviya tarixi