Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir.
Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYarım-finalYerXalYerXal 1998 Makedonca Vlado Yanevski "Ne zori, zoro" (Не зори, зоро) 19 16Yarımfinal olmayıb 2000 Makedonca, İngiliscə XXL "100% te ljubam" (100% те љубам) 15 29 2002 Makedonca Karolina Qoçeva "Od nas zavisi" (Од нас зависи) 19 25 2004 İngiliscə Toşe Proeski "Life" 14 47 10 71 2005 İngiliscə Martin Vuçiç "Make My Day" 17 52 9 97 2006 İngiliscə, Makedonca Elena Risteska "Ninanajna" (Нинанајна) 12 56 10 76 2007 Makedonca, İngiliscə Karolina Qoçeva "Mojot svet" (Мојот свет) 14 73 9 97 2008 İngiliscə Tamara, Vrçak və Adrian "Let Me Love You"Finala keçməyib 10 64 2009 Makedonca Next Time "Nešto što kje ostane" (Нешто што ќе остане) 10 45 2010 Makedonca Qyoko Taneski, Billi Zver və Peyçin "Jas ja imam silata" (Јас ја имам силата) 15 37 2011 Makedonca, İngiliscə Vlatko İlievski "Rusinka" (Русинкa) 16 36 2012 Makedonca Kaliopi "Crno i belo" (Црно и бело) 13 71 9 53 2013 Makedonca, Romanca Esma və Lozano "Pred da se razdeni" (Пред да се раздени)Finala keçməyib 16 28 2014 İngiliscə Tiyana "To The Sky" 13 33 2015 İngiliscə Daniel Kaymakoski "Autumn Leaves" 15 28 2016 Makedonca Kaliopi "Dona" (Дона) 11 88 2017 İngiliscə Yana Burçeska "Dance Alone" 15 69 2018 İngiliscə Eye Cue "Lost and Found" 18 24 2019 İngiliscə Tamara Todevska "Proud" 7 305 2 239
QEYD: a. Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır.
Səsvermə tarixçəsi Şimali Makedoniyanın ən çox xal verdiyi ölkələr Sıra Ölkə Xal 1 97 2 94 3 79 4 77 5 66
Şimali Makedoniyanın ən çox xal aldığı ölkələr Sıra Ölkə Xal 1 57 2 43 3 37 4 30 5 27
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Qalereya
İstinadlar
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi Şimali Makedoniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Kateqoriya:Ölkələr Avroviziya Mahnı Müsabiqəsində