Aşıq Nəcəf () — Göyçə aşığı

Həyatı Aşıq Nəcəf 1900-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Aşıq Nəcəf məşhur Aşıq Ələsgərin qardaşı Xəlilin oğludur. Nəcəf 7–8 yaşına çatanda atası onu kəndlərində olan mollaxanaya qoyur. Burada yazı-pozu öyrənən Nəcəf saza böyük maraq göstərirdi. O, əmisinin evində keçirilən saz-söz məclislərinin daimi iştirakçısı olur. Nəcəf 17 yaşına çatanda, atası vəfat edir, ailənin bütün qayğıları onun üzərinə düşür. Erməni-müsəlman münaqişəsi ilə əlaqədar ailəsi ilə Kəlbəcərə köçür.

1921-ci ilə qədər orada yaşayır, sonra doğma yurduna qayıdır. Bir müddət sonra aşıqlıq etmək həvəsinə düşür. Xüsusi bir ustad aşığa qulluq etməsə də, Nəcəf bu sənətə yiyələndi və xalq arasında bir aşıq kimi tanındı.

1925-ci ildən aşıqlığa başlayan Nəcəf Göyçədə, Gəncəətrafı rayonlarda , Qarabağda və Azərbaycanın digər ərazilərində sazı-sözü ilə şənlik məclislərini zənginləşdirirdi.

1941–1945-ci il müharibəsi başlayanda Nəcəf də ordu sıralarına aparılır. Bir qədər keçəndən sonra xəstələnir və 1942-ci ildə evə buraxılır. Əhvalı yaxşılaşandan sonra kəndlərində kolxoz sədiri seçilir. 1945-ci ilə qədər bu vəzifədə işləyir.

Müharibə qurtarandan sonra Nəcəf sazını götürüb ömrünün sonuna qədər xalqa ləyaqətlə xidmət edir.

Aşıq Nəcəf 1968-ci ildə 68 yaşında vəfat edib. O Ağkilsə kəndinin cənub-şərqindəki qəbiristanlıqda torpağa tapşırılıb

Əsərləri "Göyçəli Aşıq Nəcəf", Bakı, "Səda" nəşriyyatı 2000, 202 səhifə, tirajı 500

Həmçinin bax "Ələsgər ocağı" kitabı.

İstinadlar

Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Göyçə şairləri Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Göyçədə vəfat edənlər