Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.
Tarixi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Lənkəran Məktəbəqədər Pedaqoji və Lənkəran Musiqi texnikumları birləşdirilərək onların bazasında Lənkəran Dövlət Humanitar Kolleci yaradılmışdır "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 nömrəli Qərarı. .
11 iyul 2020-ci ildə Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Texnologiya müəllimliyi; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Mühasibat uçotu; Arxiv işi və kargüzarlıq; Meşə və meşə-park təsərrüfatı; Muzey işi və abidələrin muhafizəsi; Aqronomluq. Sosial iş Maliyyə işi
İstinadlar
Kateqoriya:Lənkəran kollecləri Kateqoriya:26 avqustda yarananlar Kateqoriya:2002-ci ildə Azərbaycanda yarananlar