Şamaxı Humanitar Kolleci (əvvəlki adı: Şamaxı Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.

Tarixi Əvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır "Orta ixtisas təhsili müəssisələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 nömrəli Qərarı. .

İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı. Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə; Hüquq mühafizə fəaliyyəti; Kitabxana-informasiya təminatı; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi.

Ləğvi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli Qərarına əsasən Şamaxı Humanitar Kolleci Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci ilə birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılmışdır."Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli 30 nömrəli Qərarı. edu.gov.az

İstinadlar

Kateqoriya:Azərbaycan orta-ixtisas təhsili müəssisələri Kateqoriya:2016-cı ildə ləğv olunanlar Kateqoriya:Şamaxıda təhsil