Məzmun Film Bakıdakı 29 saylı peşə-texniki məktəbində əməyin elmi təşkili haqqında söhbət açır. Filmdə göstərilir ki, bu məktəbdə kabinetlərin çoxu texniki vasitələrlə təchiz olunmuş, şagirdlər isə bu vasitələrdən bacarıqla istifadə edirlər.
Festivallar və mükafatlar 1) 1973-cü ildə Kalinində (Rusiya) Ümumittifaq həvəskar filmləri kinofestivalı Film III dərəcəli Diploma və "Billur Vaza" Prizinə layiq görülmüşdür.
2) 1974-cü ildə Bakıda "Vətən, zərbəçi əməyimizi sənə həsr edirik!" devizi altında keçirilən Respublika həvəskar filmləri müsabiqəsi Film Azərbaycan Kinematoqrafçılar İttifaqının, AHİŞ və Azərbaycan LKGİ MK-nın III dərəcəli Diplomuna layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Kamil Mirzəyev Ssenari müəllifi: S.Volkova, M.Tağıyev, A.Allahverdiyev Operator: Kamil Mirzəyev Rəssam: B.Sergeyev Səs operatoru: Vladimir Savin
Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Peşətexfilm