Məzmun Bu filmi Azərbaycanın gözəl və zəngin təbiəti, heyvanat aləmi haqqında lirik kinohekayə adlandırmaq olar. Mənzərə filmində tamaşaçıların gözləri qarşısında başı qarlı dağlar, gül-çiçəkli çöllər, bulaqlar, çaylar-bir sözlə respublikanın zəngin axar-baxarlı guşələri gəlib keçir. Filmdə dəniz nemətlərinə, balıq məhsullarının hazırlanmasına və Qızılağac qoruğuna da müəyyən yer ayrılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Cavanşir Məmmədov Ssenari müəllifi: Ədhəm Qulubəyov, Cavanşir Məmmədov Operator: Cavanşir Məmmədov Bəstəkar: Zakir Bağırov Səs operatoru: Əziz Şeyxov
Kateqoriya:1958-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər