Anatoli Mixayloviç Quskov () — Azərbaycan SSR daxili işlər naziri (1953–1954), Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1954–1956).
Həyatı 3 sentyabr 1913-cü ildə Moskva şəhərində anadan olmuşdur. Milliyyətcə rusdur. 1939-cu ildən daxili işlər və dövlət təhlükəsizlik orqanlarında çalışmışdır. Böyük Vətən Müharibəsinin başlanmasından sonra hərbi əks-kəşfiyyat istiqaməti üzrə, 1942-ci ildən isə SSRİ Xalq Daxili İşlər Komissarlığının hərbi əks-kəşfiyyat qüvvələrində fəaliyyət göstərmişdir. 1951–1953-cü illərdə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin aparatında işlədikdən sonra, daxili işlər və dövlət təhlükəsizlik orqanlarında fəaliyyətini bərpa etmişdir. 8 avqust 1953-cü ildən 26 aprel 1956-cı ilə qədər Azərbaycan SSR hüquq-mühafizə orqanlarına (1953–1954-cü illərdə daxili işlər naziri, 1954–1956-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri) rəhbərlik etmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR daxili işlər nazirləri Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:SSRİ general-mayorları