Disney’s Aladdin (Capcom) - "Capcom" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur.
Məzmun
Videooyunun süjeti cizgi filminin hekayəsinə yaxındır. Küçə oğrularından biri olan Ələddin sehrli çıraq tapır və bu çıraqda üç arzunu yerinə yetirən Cin vardır. Şahzadə Jasminə vurulmuş Ələddin Cindən onu şahzadəyə döndürməsini istəyir və arzusuna nail olur. Lakin Aqrabah Sultanının qəddar vəziri Cəfər, onun taxt-tacına sahib olmaq üçün müxtəlif hiylələrə əl atır. Cəfər Sultanın taxtını ələ keçirdikdən sonra Jasmini əsir edir və sehrli çırağa sahib olur. Bu səbəbdən Ələddin Abu və sehrli xalçanın köməyi ilə Aqrabahı bu fəlakətdən xilas etməyə qərar verir. Ələddin müxtəlif macəralardan keçəndən sonra Cəfərlə döyüşür və ona qalib gəlir. Sonda Ələddin Jasmini xilas edir və Aqrabahda əvvəlki kimi mehribanlıq olur.
Raundlar Raundlar Ad Tərcümə 1 Agrabah Market 2 Cave of Wonders 3 Escape from the Cave of Wonders 4 Inside Genie's Lamp 5 Ancient Pyramid 6 Magic Carpet Ride 7 Jafar's Palace 8 The Final Battle
İstinadlar
Xarici keçidlər Moby Games informasiya saytında «Aladdin» oyunu Sega Genesis Oyunun kodu Aladdin Rom, skrinşotlar
Kateqoriya:Sega oyunları Kateqoriya:Ələddin Kateqoriya:1993-cü ilin videooyunları Kateqoriya:Capcom oyunları Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Platforma videooyunları