Antoniya Lora Tomas (; ) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır.
Karyerası Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür. 2012-ci ildə Antonia Tomas Misfits serialında iştirakı bitirir. 2012-ci ildə Antonia Tomas Coldplay qrupunun Charlie Brown klipində çəkilir. Hal-hazırda Antonia Tomas İngiltərədə yeni filmlərdə çəkilir.
Mənbə
Stanley Park proqramında Profili
Kateqoriya:Birləşmiş Krallıq aktrisaları Kateqoriya:Britaniya televiziya aktrisaları Kateqoriya:XXI əsr İngiltərə aktrisaları