Vaqif Əhməd oğlu Məmmədov () — akademik, görkəmli Azərbaycan alimi, texnika elmləri doktoru, maşınqayırma və maşınşünaslıq sahəsində tanınmış alim.
Həyatı Vaqif Əhməd-oğlu Məmmədov 27 oktyabr 1939-cu ildə Azərbaycan SSR-in Bərdə şəhərində anadan olub.
Təhsili 1957-ci ildə Tovuz şəhər A. S. Puşkin adına orta məktəbini gümüş medalla bitrib. 1962-ci ildə Azərbaycan Kənd Təsəsrrüfatı İnstitunun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1963–1966-cı illərdə Moskvada, SSRİ Elmlər Akademiyasının Maşınşünaslıq İnstitunun aspiranturasında "Maşın və Mexanizmlər nəzəriyyəsi" ixtisası üzrə təhsil alıb. 1980-ci ildə AKP MK yanında Marksizm-Leninizm Universitetini bitirib 1982-ci ildə N. E Bauman adına Moskva Ali Texniki Məktəbinin "Ali təhsil müəssisələrinin pedaqoji heyətinin təkmilləşdirilməsi" fakültəsini bitirib.
Elimi dərəcə və titulları 1966-cı ildə SSRİ Elmlər Akademiyasının Maşınşünaslıq İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi alıb. 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi alıb. 1991-ci ildə professor elimi adı alıb. 1999-cu ildə Beynəlxalq Ekoenerji Akademiasının akademiki seçilib.
Elmi və Pedaqoji fəaliyyəti Akademik Vaqif Məmmədov Kirovobadda Azərbaycan Kənd Təssərüfatı İnstitutunun "Mexanikləşdirmə" fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1962-ci ildə həmin institutda pedaqoji və elmi fəaliyyətə başlayıb. "Maşın və Mexanizmlər" kafedrasında elmi assisent vəzifəsində çalışıb. 1963-cü ilin oktyabr ayında Moskvada, SSRİ Elmlər Akademiyası Maşın şünaslıq İnstitunun Aspiranturasına daxil olaraq, "Maşın və Mexanizmlər" nəzrəriyyəsi üzrə namizədlik dissertasiyası üzərində işə başlayıb. İlk elmi əsəri "Əsas şatunların şarnir mexanizmlərinin sintezi", 1965-ci ildə Moskvada "Analiz i sintez maşin avtomatov" elmi jurnalında dərc olunur. 1966 SSRİ Ali Attaetaiya Komisiyyası V. Məmmədovun namizədlik dissertasiyasını yksək qiymətləndirərək ona texniki elmələr namizədi elmi dərcəsi verir. 1966-cı ildən başlayaraq V. Məmmədovun "Maşınlar və mexanizmlər" nəzriyyəsi ilə bağlı elmi əsərləri SSRİ, Azərbaycan SSR, Ukrayna SSR, Qazaxıstan SSR, Ermənistan SSR, Gürcüstan SSR, o cümlədən İtaliyanın, ABŞ-nin, Almaniya Demokratik Respublikasının, Hindistanın, Türkiyənin, Rumıniyanın. Bolqarıstanın və digər xarici dövlətlərin eli jurnallarında dərc olunmağa başlayır.
Kəşfləri və ixtiraları
Əsərləri
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Bərdədə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər