Cefri Çoser ( ) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi.

Həyatı Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransa və İtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu. 1400-cü ildə Çoser vəfat etdi və Vestminster kilsəsində dəfn olundu.

Yaradıcılığı Cefri Çoser əsərlərini qəmgin deyil, pozitiv əfval-ruhiyyədə yaratmışdır. Əsas toxunduğu mövzular isə din, məhəbbət və qəhrəmanlıq hekayələridir. O bədii yaradıcılıqla yanaşı, tərcümə işi ilə məşğul olmuşdur. Əsərlərində özündən əvvəlkilərdən fərqli olaraq İngilis dilində yazmışdır. 1386-cı ildə yazdığı "Kenterberi hekayələri"ni İtaliya yazıçısı C.Bokkaççonun "Dekameron" əsərinin təsiri altında yazmışdır. XVII əsrin sonunda yaşamış ingilis tənqidçisi və şairi Con Drayden onu "ingilis dilinin banisi" adlandırmışdır.

Əsərləri The Book of the Duchess (1369) The Parliament of Fowls (1380) The House of Fame (1380) The Legend of Good Women Troylus and Cryseyde The Canterbury Tales (1386) The Book of the Lion

Tərcümələri Romaunt of the Rose De Consolatione Philosophiae Treatise on the Astrolobe

İstinadlar

Mənbə "İngilis ədəbiyyatı antologiyası", iki cilddə, I cild, Bakı,2007.səh.4–5.

Xarici keçidlər

Kateqoriya:Britaniya şairləri Kateqoriya:İngiltərə şairləri Kateqoriya:İngiltərə tərcüməçiləri Kateqoriya:İngilis şairlər Kateqoriya:XIV əsr şairləri