Vəli Qədimov () — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı.

Həyatı Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır.

İlk illər və yaradıcılığı İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir.

1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır.

Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir.

Ölümü 2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.

Uzun sürən xəstəlikdən sonra 2009-cu il aprelin 15-də axşam saatlarında 68 yaşında dünyasını dəyişən Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı Vəli Qədimov 16 aprel tarixində Balaxanı qəbiristanlığında əzizlərinin yanında dəfn olunub. Vida mərasimi onun yaşadığı evdə keçirilib.

Vəli Qədimovun ailəsində üç oğul övladı böyüyüb-Fuad, Fərid, Famil, dörd nəvəsi var

Video Saksofonda Vəli Qədimov — Gecələr — musiqi: Şəmsi Kərimov Klarnetdə Vəli Qədimov — Çahargah Klarnetdə Vəli Qədimov və qarmonda Aftandil İsrafilov — Bayatı Şiraz Klarnetdə Vəli Qədimov və qarmonda Aftandil İsrafilov — Nazilə rəqsi Klarnetdə Vəli Qədimov və qarmonda Leyla Şabanova — Xoşbəxtlik rəqsi Klarnetdə Vəli Qədimov — Azərbaycan musiqilərindən popurri

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri