Vitali Sergeyeviç Krasilnikov (; ) — Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1969−)

Həyatı Vitali Krasilnikov 1920-ci ildə Qorkov vilayətinin indiki Varnavinsk rayonunun Varnavino kəndində qulluqçu ailəsində anadan olmuşdur.

Milliyətcə rusdur. Ali təhsillidir.

Qorkov adına Su Nəqliyyatı Mühəndislər İnstitutunu bitirmiş, sonra Qorkov hərbi tank məktəbinin müdavimi olmuşdur.

1952–1954-cü illərdə SSRİ DTK-nın Ali Məktəbinin rəhbər heyəti hazırlıq kurslarında oxumuşdur. Kursları bitirdikdən sonra təhlükəsizlik orqanlarında xidmətini davam etdirən V. Krasilnikov 1967-ci ildə Azərbaycan SSR DTK-nın sədr müavini, 1969-cu ildə isə sədri vəzifəsinə təyin edilmişdir.

V. Krasilnikov 1980-ci il iyunun 18-də başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir.

Xarici keçidlər Azərbaycan təhlükəsizlik orqanlarının tarixi

Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:SSRİ Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ general-leytenantları Kateqoriya:Dövlət təhlükəsizliyinin fəxri işçiləri