M&M's — Mars LLC şirkəti tərəfindən buraxılan üzərində ağ rəngli kiçik «m» hərfi yazılan və müxtəlif içlikli rəngbərəng şokoladlı konfetlər.

Bu konfetlərin bir neçə növü var: şokoladlı, badamlı, , xırtıldayan və acı şokoladlı.

Haqqında M&M's Mars Incorporated şirkətinin əsas məhsullarından biri sayılır. 1941-ci ildə ABŞ-də istehsalına başlanınan konfetlərin 2003-dən bəri artıq 100 ölkədə satıldığı məlumdur. Üzəri rəngli şəkərli şokolad konsepti İspan vətəndaş müharibəsi(1936-1939) dövründə əsgərlərin şokoladları ərimədən daşıması üçün olan bir metoddan ilhamlanıb. Elə şirkətin də uzun müddət istifadə olunan sloqanı belədir: " Əlinizdə yox, ağzınızda əriyir"

Kateqoriya:Konfetlər Kateqoriya:Qida brendləri Kateqoriya:1941-ci ildə ABŞ-də yarananlar Kateqoriya:Amerika brendləri