Seyid Həsən Baba (), Kuhkəmər kəndində yaşamış, elə orada da türbəyə sahib olan seyid. Seyid Həsən Hüsyeni Fatimi 9-cu h.q əsrində Mərəndin Kuhkəmər kəndində yaşayıb elə o əsrdə də vəfat etmişdir.

Soy Seyid Həsən Hüsyeni Fatimi Seyid Əli oğlu Seyid Məhəmməd Ələvi Misri nəslindən olan və onunda nəsli 9-nəsl fasilə ilə Həsən Əftəs Əli Əsğər oğlu oda Əli Hüseyn oğlu şiələrin dördüncü imamına yetişir.Mərhum Ağa Mir Fəttah kiramətləri, Seyid Məhəmməd Misri Xoyi, öz nəşri, s. 11.Həzrəti Məsumə saytı, Hərəm ulduzları kitabı, c. 17, Seyid Əli Ağa Kuhkəməri bölməsi. Əli Əsğər İmam Səccadın ən kiçik oğlu idi.Nasixul Təvarix, c. 8, s. 383,(ناسخ‌التواریخ)Montəhiul Amal, c. 2, s. 1243(منتهی‌الآمال)

Naqibəs-sadat ləqəbi ilə tanınmış alimi Əllamə Mərəşi-Nəcəfi belə qeyd edir:

Təbrizin Kuhkəməri seyidləri Hüseyni seyidləri hesab olunur. Anamın ata və babaları bu seyidlərdəndir. Şöhrət və paklıqda bu nəcib nəsil camaat arasında özünə məxsus yer tutur.

Bu tanınmış nəslin ulu babası Seyid Məhəmməd Misridir. O öz dövründə "Hicazi" ləqəbi ilə tanınırdı. Seyid Hicazi 4-cü imam həzrət Səccadın (ə) nəvələrindən sayılan imamzadə Əliəsğər ibn Əli ibn Hüseynin (ə) nəvələrindəndir.

Türbəsi İndi Seyid Həsən babanın türbəsi Azərbaycan və Kuhkəmər kəndinin xalqları yanında böyük məqama sahibdir və ona özəl ehtiram edirlər.Məhəmməd Əlvansaz Xoyi, Məsnəd Nişini Quds, Homaye Qədir nəşri, s. 14, ISBN 978-964-8493-17-7 indilikdə xeyrsevən insanlar və Kəndin əhalisi onun türbəsinin yenidən düzəltmə və onarmasına başlayıblar. Bir şair Kuhkəmər və Seyid Həsən Baba üçün belə demişdir: Kuhkəmər kəndinə bir gəlin gedəkSeyid Həsən Babanı ziyarət edək Seyidlər cəminə səlam ərz edəkFatimə balasın bir didar edək

Yaşam və ailəsi Məşhurdur ki Seyid Həsən Babanın iki arvadı varimiş, biri Kuhkəmər kəndində ki o, xanımın ovladları Əbyəz seyidlər (Ağ seyidlər) adlanıb və obiri xanım Zunuz kəndində, ki, onunda ovladları Əsvəd seyidlərə (Qara seyidlər) məşhurdular. onların belə adlanmalarının səbəbi onların üz boyalarının fərqindən qaynaqlanır. onun şəxsi halları və yaşamından təzkirə və ənsab kitablarında bir yazı yoxdur, amma onun ovladlarından 40-dan çox ali fəqih və alim dünyaya gəlibdir.Məhəmməd Əlvansaz Xoyi, Məsnəd Nişini Quds, Homaye Qədir nəşri, s. 15, ISBN 978-964-8493-17-7

Övladları Seyid Həsən Babanın ovladlarından bəziləri(Çalışılıb Azərbaycan vikisində olan adlardan və ya yaradıla bilmək olasılığı olanlardan ad aparılsın): Seyid Əli Mir Qılınc Seyid Məhəmməd Höccət Kuhkəməri15px Mirzə Möhbəli xan Yekani Mirzə Cahangir xan Ziyai.15px Nəzərəli xan Mərəndi Seyid Hüseyn Kuhkəməri Ayətullah Yusuf Mədəni Təbrizi

Türbələri olan Seyid Əli Mir Qılınc türbəsi, Yekan Kəhriz, Mərənd. Mir Fəttah türbəsi, Məmişxan, Xoy. Mir Əbdüləli Kuhkəməri, Məqbərə küçəsi, Xoy Mir Yəqub Məqbərə, Taliqani küçəsi, Xoy. Sadiqi Sadatı Məqbərəsi, Əyri Bucaq kəndi, Xoy. Mir Ağa türbəsi, Firurəq şəhəri, Xoy.

Ayrıca bax Əli Əsğər Əli oğlu Ələvi Misri duası

İstinadlar

Kateqoriya:Hüseynilər