Məsumə Mustafa qızı Babayeva () — Azərbaycan aktrisası.
Həyatı Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Aktrisa Azərbaycan Televiziyasında "Ürək rahatlıq sevmir" və "Deyin, Həyat haradadır?" kimi televiziya tamaşalarında modelyer və Həyat rollarına çəkilmişdir.
10 mart 2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir. 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir. 10 dekabr 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
24 yanvar 2026-cı ildə vəfat edib. 25 yanvarda Yeni Suraxanı qəbiristanlığında dəfn edilib.
Filmoqrafiya Qovğalı kəndinin gecələri (film, 2008) Günaydın, mələyim! (film, 2008) Qocalar (film, 2008) Xəyallar gündəliyi (2008) Qaydasız döyüş (film, 2009) İstanbul reysi (film, 2010) Yaddaş (film, 2010) Şəbəkə (film, 2011) Ağabəyovlar (film, 2012-2014) Ultionis Muradına çatan Günəş Bir ovuc torpaq (2013) 2 ömür (film, 2016-2017) (bədii serial) (rol: Zemfira) Laləli saray (serial, 2017) Bir qadın(teleserial) Əqrəb mövsümü (teleserial, 2022)
İstinadlar
Mənbə "Hər gecə ağlayıram" Aktrisa Məsumə Babayeva: "Rəhmətə gedən nəvəm deyirdi ki, nənəm kimi aktrisa olacağam" "Qaçaq qocalar" tamaşası nümayiş olunub
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:"Sənətkar" medalı ilə təltif olunanlar Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları