Möhbəli xan ibn Mirzə Məhəmmədtağı Yekani (1834-1890) — XIX əsr Azərbaycan şairi, Mərənd xanı.

Həyatı Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1834-ci ildə Mərənd bölgəsinin Yekan mahalında anadan olmuşdur. Mir Qılınc xan Babanın törəməsindəndir. Naziməddövlə ləqəbini daşıyırdı.

İbtidai təhsilini atasından almışdı. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra Mərəndə qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Divanı var.

Mirzə Möhbəli xan Yekani 1890-cı ildə vəfat edib.

Ailəsi Mirzə Möhbəli xanın Cahangir xan adlı oğlu vardı.

Həmçinin bax Azərbaycan ədəbiyyatı

İstinadlar

Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Mərənddə doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:Yekanlılar Kateqoriya:Hüseynilər