Məzmun Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Əhmədağa Muğanlı Operator: Rafiq Əliyev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Kamal Seyidov Redaktor: Nüsrət Kəsəmənli Direktor: N.Səfərov
Filmdə iştirak edən Süleyman Rüstəm
Arxiv kadrlarda iştirak edənlər Maksim Qorki (titrlərdə yoxdur) Süleyman Rüstəm (titrlərdə yoxdur) Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur)
Sitatlar Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur etdi qol çəkməyə.
Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər