Məzmun Ana (Məhluqə Sadıqova) qızını gəlin köçürəndə ona cehiz olaraq mücrü verir və "mücrüsüz gəlin olmaz" deyir. Gəlin (Ofeliya Sənani) isə vaxt keçdikcə mücrüyə əri tərəfindən hədiyyə edilən zinət əşyalarını qoyur. Mücrü dolur. Lakin amansız müharibə onun ərini (Hafiz Fətullayev) əlindən alır, aclıq başlayır. Gəlin məcbur olaraq mücrüdəki zinət əşyalarını bir-bir satır və uşaqlarını böyüdür. Mücrü boşalır. İllər keçir müharibə bitir və həmin mücrü uşaqların diplomları ilə yenidən dolmuş olur.
Film haqqında Film eyniadlı mənsur şeirin əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenarinin müəllifi: Gülhüseyn Hüseynoğlu Quruluşçu rejissor: Nazim Dadaşov Quruluşçu operator: Fuad Fərzəliyev Quruluşçu rəssam: Oleq İbrahimov Bəstəkar: Fikrət Əmirov Səs rejissoru: Rəşid Nəsiboğlu Assistentlər: A.Abbasov, E.Bağırov Qrim edən: Elbrus Vahidov Montaj edən: S.Əkbərova Redaktor: H.Seyidov Direktor: A.Mirzəbəyov Çalır: Azərbaycan Televiziyası və Radiosunun Kamera Orkestri Dirijor: Nazim Rzayev Mətni oxuyan: Lütfi Məmmədbəyli (Lütfü Məmmədbəyov kimi) Mahnı ifa edən: Şövkət Ələkbərova (titrlərdə yoxdur)
Rollarda Ofeliya Sənani (Ofelya Sənani kimi) — ana Hafiz Fətullayev — ata Məhluqə Sadıqova — ana L.Fərzəliyeva M.Məlikova G.Həsənova S.Məmmədov T.Şahmuradov
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1973-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii televiziya filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması