Mirzə İbrahim ağa Təbrizi (tam adı: Mirzə İbrahim ağa Hacı Şeyxəli ağa oğlu Təbrizi, ; ) — Məşrutə hərəkatının üzvü.

Həyatı Mirzə İbrahim ağa Təbriz şəhərində doğulmuşdu. Atası Hacı Şeyxəli ağa isə əslən Zəncanlıdır.

O, mükəmməl mədrəsə təhsili almışdı. Dini işlərlə məşğul olmuşdu. Təbrizin ziyalı şəxslərdən idi. Məşrutə hərəkatını dəstəkləyən müctəhid və mollaların cərgəsində, mücahidlərə xeyir-dua vermişdi.

Mirzə İbrahim ağa Təbrizi İranda ilk Milli məclis təşkil olunanda Təbrizdən öz namizədliyini vermişdi. Təbriz camaatı da bu hörmətli ruhanini vəkil seçmişdi.

Məclis topa tutularkən dostu və həmkarı Seyid Həsən Tağızadə ilə bərabər silahlı müdafiəçilər arasına qatılmışdı.کسروی، احمد. تاریخ مشروطه جلد دوم ص ۶۱۳

Mirzə İbrahim ağa Təbrizi şəhərdəki "Əncüməni-Qeyrət"in başçısı idi.

Mənbə

''' Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:İran Məşrutə inqilabının tərəfdarları