Yuri Borisoviç Levitan (Yudka Berkoviç Levitan) (1914 — 1983) — 1931-ci ildən Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru. SSRİ Xalq Artisti (1980). 1941-ci ildən ÜİK(b)P üzvü. Nadir tembrə və təsiredici səsə malik insan.
Həyatı Yuri Levitan 2 oktyabr 1914-cü ildə Vladimirsk şəhərində anadan olubHitlerin 1 nömrəli düşməni – Qələbə çarçısı, Sovetin baş diktoru Yuri Levitan . Atası liman işçisi, anası isə evdar xanım olmuşdur. O, dayısından teatr və poeziyaya sevgini öyrənmişdi. O oxuyan zaman səsini hər kəs bir neçə binadan eşidə bilirdi. Məktəbdə Levitan, demək olar ki, bütün teatrlarda iştirak edir. 1931-ci ildə məktəb onu xüsusi istedadına görə Dövlət Kino İnstitutuna göndərir.
İnstitutu bitirib öz doğma şəhərinə qayıdan Levitan bir elanla rastlaşır: "Radio diktorluğu üçün qrupa seçim aparılır".
Böyük müsabiqəyə baxmayaraq, Levitan diktorluğa götürülür. O, öz üzərində o qədər işləyir ki, artıq qısa müddətdən sonra Levitanın nitqində heç bir qüsur qalmır.
Üç ildən sonra Levitan radio stansiyasının gecə efirində ilk çıxışını edir. O, "Pravda" qəzetindən bəzi xəbərləri çatdırırdı. Həmin gün gözlənilmədən Stalin də radioya qulaq asır. Levitanın səsini eşidən zaman o, partiyanın XVII qurultayındakı çıxışını radio vasitəsilə məhz Levitanın səsləndirməsini tələb edir.
Növbəti gün Sovet məmurları Stalinin çıxışı olan qovluqla radiostansiyaya gəlirlər və Levitandan bu mətni səsləndirməyi tələb edirlər. Həyacandan rəngi ağarmış Yuri Levitan bu çıxışı 5 saat ərzində heç bir səhv olmadan səsləndirir. Həmin gündən o, Sovet İttifaqının baş diktoru təyin edilir.
Levitanın ən böyük məşhurluğu isə Böyük Vətən Müharibəsi illərindən başlayır. "Biz haqq yoldayıq. Düşmən darmadağın ediləcək. Qələbə bizimlə olacaq". O, bu kəlmələri elə güclü və inamla səsləndirirdi ki, bu zaman milyonlarla insan səsgücləndiricilərin ətrafına yığışır və mühüm məlumatları dinləyirdi.
Bütün müharibə ərzində Levitan hər gün cəbhədən xəbərləri və Ali Komandanlığın əmrlərini oxuyurdu. Faşist Almaniyası onun çıxışlarını böyük diqqətlə izləyirdi. Məlumata görə, Hitler onun dilini başa düşməsə də, o çıxış edərkən böyük qəzəblə qulaq asar və dərhal tərcümə olunmasını tələb edirdi. Hitler Levitanı özünün 1 nömrəli düşməni elan etmiş və Moskvaya daxil olan kimi birinci onu asacağını vəd etmişdi. Hitler onun başına 250 min marka mükafat qoyur. Lakin Levitan öz verilişini olduqca gizli saxlanan bir məkandan aparır.
8 may 1945-ci ildə axşam saatlarında Levitan Kremlə çağırılır və ona Ali Komandanlığın Qələbə barədə çıxışı təqdim edilir. 35 dəqiqədən sonra o, bütün Sovet məkanına Almaniya üzərində qələbə qazanıldığını elan edir. "Danışır Moskva! Faşist Almaniyası darmadağın edildi…"
Stalinin ölümü, Yerin ilk süni peykinin buraxılması, Yuri Qaqarinin uçuşu və digər tarixi əhəmiyyətli hadisələr barədə də insanlar ondan xəbər tutur.
1983-cü ildə Levitan müharibə veteranları qarşısında mitinqdə çıxış edir. Birdən o, özünü pis hiss edir. Səhəri gün – 1983-cü il avqustun 4-də isə ürək çatışmazlığından vəfat edir.
İstinadlar
Xarici keçidlər Биография на сайте "Яндекс. Словари" Биография на сайте КИНО-ТЕАТР Владимирцы — Левитан Юрий Борисович Внимание, говорит Москва Могила Ю. Левитана
Kateqoriya:Diktorlar Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Rusiyada vəfat edənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"Moskvanın 800 illik xatirəsinə" medalı ilə təltif edilənlər Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:SSRİ yəhudiləri Kateqoriya:RSFSR xalq artistləri Kateqoriya:SSRİ tarixi Kateqoriya:Radio diktorları