Pianoçu () — 2002-ci ildə polyak rejissor Roman Polanski tərəfindən çəkilmiş tarixi dram filmi. Film pianoçu Vladislav Şpilmanın Polşada yaşadığı 7 il ərzində cərəyan edən hadisələrdən bəhs edir. Şpilman 1939-cu ildən etibarən böyük təhlükələrlə qarşılaşır və nasistlərdən gizlənmək məcburiyyətində qalır. Vladislav Şpilmanın gizlənməsində isə, çalışdığı Polşa radiosunun əməkdaşlarının və ən əsası isə alman zabiti Vilm Hosenfildin böyük rolu olur.

Film 2002-ci ildə Kann kinofestivalında Qızıl Palma Budağı, 2003-cü ildə Oskar mükafatına, ən yaxşı xarici filmlərə verilən Qızıl Qartal mükafatına və digər mükafatlara layiq görülüb.

Məzmun Film milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın həyatından bəhs edir. İkinci Dünya müharibəsinin ağır günləridir. Dəhşətli müharibə hər kəsin dinc həyatına son qoyur. Uçuq bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır. Xarabalıqdakı otaqların birində piano tapan Şpilman hər şeyi unudaraq musiqi dünyasına qapılır. Amma musiqinin sehrinə yalnız o qapılmır.

thumb|Şpilmanın alman zabiti üçün Şopendən ifa etdiyi "Ballade No. 1 in G Minor, Op. 23

Vladislav Şpilman obrazı Onu radiodalğalarda sevə-sevə dinləyirdilər. Deyirdilər ki, Şopeni heç kim onun kimi ifa edə bilməz. Müharibə hamının hər şeyini əlindən alır deyirlər, amma Polanskinin qəhrəmanı bizə bu deyimin əksini sübut etdi. Barmaqlarında olmasa da bütün müharibə boyu qəlbində yaşatdı və ölməyə qoymadı öz musiqisini. Elə sonda da məhz ağ-qara piano dilləri və öz barmaqları onu xilas etdi.

Ən yadda qalan obrazlar albomumuzdakı növbəti qəhrəman məhz Vladislav Şpilman obrazıdır. Bu məşhur musiqiçini ekranda Adrian Broudi canlandırdı və bu rol ona dünya şöhrəti gətirdi, həmçinin ekran işi öz yaradıcı heyətini saysız-hesabsız mükafatlara boğdu. Çox az film tapılar ki həm “Qızıl Palma Budağı”, həm də ən əsas nominasiyalarda “Oskar”a sahib çıxsın. Amma ən əsası mükafatlar yox, məhz sənətdir. Şpilmanın öz sənəti kimi..

Film olduqca real çəkilib, İkinci Dünya müharibəsi illərində yaşanmış bir həyatı təsvir edir, müharibə dəhşətləri olduqca təsirləndirici bir şəkildə lentə alınıb. Şpilman incə sənətin sahibi olsa da dəmir iradəyə malikdir və film boyu evini, ailəsini, həyatdakı mövqeyini, bir sözlə az qala bütün həyatını itirsə də ümidini itirmir. Öz musiqisini bu dəhşətdən və kabusdan qorumağı bacarır. Müharibə hər yanı dağıdır, hər şeyi məhv edir, şəhər xarabalığa çevrilir, silah səsləri, yerə sərilmiş insan meyidləri.. Şpilmana isə yalnız bu dəhşətləri göz yaşıyla seyr etmək qalır. Və bir də yaşamaq uğrunda mübarizə. Əlindən başqa heç nə gəlmir..

Broudinin olduqca təsirli və emosional ifası bu obrazı həm klassik musiqi həvəskarları, həm də ümumiyyətlə kinematoqrafiya üçün unudulmaz bir simaya çevirdi. Vladislav Şpilman obrazı ekrana musiqi və dəhşət dolu bir həyatı daşıdı. Həm də insanlığın şahid olduğu ən böyük faciə olan İkinci Dünya müharibəsinin timsalında..

Mükafatları 2003-cü ildə Oskar mükafatı:

Ən yaxşı kişi rolu (Edrien Broudi); Ən yaxşı rejissor (Roman Polanski); Ən yaxşı ssenari (Ronald Harvud)

BAFTA mükafatı:

Ən yaxşı film

2002-ci il Kann kinofestivalı:

Qızıl Palma Budağı

2003-cü il Sezar mükafatı

İstinadlar

Xarici keçidlər

Pianoçu YouTube-də

Kateqoriya:Polşa filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Roman Polanskinin filmləri Kateqoriya:2002-ci ilin filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:Qızıl Qartal mükafatını qazanan filmlər Kateqoriya:BAFTA qalibləri (filmlər) Kateqoriya:Sezar mükafatını qazanan filmlər Kateqoriya:Holokost filmləri Kateqoriya:Qızıl Palma Budağı qalibləri Kateqoriya:BAC Films filmləri Kateqoriya:Babelsberg Studio filmləri Kateqoriya:StudioCanal filmləri Kateqoriya:Focus Features filmləri Kateqoriya:Fransızca filmlər Kateqoriya:Polyakca filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Türkcə filmlər Kateqoriya:Bioqrafik əsərlərin ekranlaşdırılması Kateqoriya:Almaniyanın dram filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:2002-ci ilin dram filmləri Kateqoriya:Böyük Britaniyanın bioqrafik dram filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Berlində çəkilən filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:1939-cu il haqqında filmlər Kateqoriya:Fransanın bioqrafik filmləri Kateqoriya:Klassik musiqi və musiqiçilər haqqında filmlər Kateqoriya:Polşada çəkilən filmlər