Feyzulla Ağasəfər oğlu Quliyev () — Azərbaycan Respublikasının əməkdar memarı.

Həyatı Feyzulla Quliyev 2 fevral 1940-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuşdur. Çingiz İldırım adına Azərbaycan Politexnik İnsitutunun memarlıq fakültəsini bitirmişdir.

Beş ilə yaxın Kazaxıstanda memar kimi fəaliyyət göstərmişdir. Bu müddət ətzində Qaraqanda vilayətində Abay, Şaxtnski və Saran şəhərlərinin master planlarını hazırlamış, Qaraqanqa şəhərinin bir sıra yaşayış rayonlarının müfəssəl planlarının, o cümlədən bağlı buz örtüklü idman qurğusunun, pioner və məktəblilər sarayı kimi layihələrin müəllifi olmuşdur.

Uzun müddət Bakı Dövlət Layihə İnstitutunda məsul vəzifədə fəaliyyət göstərmişdir. SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il 2485 №-li sərəncamı ilə ona Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı verilmişdir.

Hazırda Dünya Bankının dəstəyi ilə həyata keçirilən Böyük Bakının regional inkişaf planının hazırlanmasında şəhərsalma üzrə məsləhətçidir. Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir.

Ailəsi Ailəlidir. Üç övladı, yeddi nəvəsi var.

İstinadlar

Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar memarları