Həyat, sən kiminsən? — 1972-ci ildə Əmirhüseyn Məcidov tərəfindən ekranlaşdırılmış dram filmi.

Məzmun Azərbaycanın ucqar kəndlərindən biri... 30-cu illər. Kollektivləşmə dövrü. Hadisələr əsasən yenilik rəmzi kimi kəndə işləməyə gəlmiş gənc bir müəllimin (Tariyel Qasımov) ətrafında cərəyan edir.

Müəllimin kəndə gəlişi ilə kimsəsiz qız (Zemfira İsmayılova) nişan üzüyündən imtina edir və meylini müəllimə salır. Burada qızın keçmiş nişanlısının taleyindən də bəhs olunur.

Filmin sonunda müəllim gənc oğlanın məhəbbətinə mane olmamaq üçün kənddən getməyi qərara alır. Lakin məhəbbəti daşa dəymiş gənc onu yenidən kəndə qaytarır.

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Əmirhüseyn Məcidov Ssenari müəllifi: Firudin Ağayev İkinci rejissor: Karlen Orucov Quruluşçu operator: Karlen Orucov Quruluşçu rəssam: Faiq Cəfərov Bəstəkar: Ramiz Mirişli Səs rejissoru: İsgəndər Kərimov

Rollarda Tariyel Qasımov — Firdovsi Zemfira İsmayılova — Məleykə Nazim Abbas — Şahverdi Fazil Bayramov — Əjdər Ramiz Zeynalov — Saleh Rasim Zeynalov — Mahir

Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii televiziya filmləri Kateqoriya:Məhəbbət filmləri