Məzmun Film Azərbaycanın görkəmli sənətkarı, şair-dramaturq Hüseyn Cavidə ithaf edilmişdir. Taleyi böyük faciələrlə üzləşən şairin həyat və yaradıcılığının mühüm səhifələri filmin əsas süjet xəttini təşkil edir. Kinolentdə Cavidin olmazın müsibətlərə düçar olmuş ailəsi barədə, əsərlərinin səhnə taleyi haqqında söhbət gedir.
Filmdə ədibin cənazəsinin Bakıya gətirilməsi, Naxçıvanda torpağa tapşırılması da əksini tapmış, dramaturqun "Topal Teymur", "İblis", "Ana" əsərlərindən fraqmentlər verilmişdir.
Film haqqında Film Azərbaycan Ali Təhsil Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Tofiq Mütəllimov Operator: Rəfael Salamzadə Səs operatoru: Şamil Kərimov
Sponsor Azərbaycan Ali Təhsil Nazirliyi
Həmçinin bax
Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Hüseyn Cavid haqqında filmlər Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər