Hər şey yaxşılığa doğru — 1997-ci il Azərbaycan istehsalı Vaqif Mustafayevin filmi.
Məzmun Film yer üzündə baş verən bütün müharibələrin əleyhinə etiraz kimi səslənir. Kinolentdə müharibənin törətdiyi acı reallıq öz əksini tapmışdır.
Festivallar və mükafatlar 1) 1998-ci ildə 44-cü Oberhauzen Beynəlxalq Qısametrajlı Filmlər Kinofestivalı Filmə Böyük Beynəlxalq Münsiflər heyətinin "sülh məramına və yumoruna görə" "Ulenşpigel" mükafatı verilmişdir. Filmə Humanizmə görə Katolik Kilsələr Assosiasiyasının mükafatı verilmişdir. Filmə Katolik Filmlər Assosiasiyasının mükafatı verilmişdir. Filmə Şərəf və ləyaqətə görə "Don Kixot" mükafatı verilmişdir.
2) 1998 Klermont Ferra Film Festivalı. Fransa
3) 1998-ci ildə VIII Sankt-Peterburq Beynəlxalq Kinofestivalı Vətəndaşlıq müdrikliyinə və yaradıcılıq qələbəsinə görə rejissor Vaqif Mustafayevə mükafat verilmişdir.
4) 1999 Ümumdünya Televiziya Filmləri Festivalı. Fort Uors, Texas, ABŞ
5) 2000 Moskva Beynəlxalq Film Festivalı.
6) 2001-ci ildə İstanbul Beynəlxalq Kinofestivalı Qısametrajlı bədii filmlər üzrə filmə "Qızıl Atilla" mükafatı verilmişdir.
Film haqqında Filmin titrləri ingiliscədir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Vaqif Mustafayev Operator: Rafiq Quliyev Rəssam: Ağarəhim Əliyev Səs operatoru: Vladimir Savin Montaj edən: Nisə Hacıyeva Prodüserlər: Namiq Qədirov, Rafiq Quliyev Rejissor: Vaqif Mustafayev Musiqi direktoru: Oqtay Rəcəbov Musiqilərindən istifadə edilən bəstəkarlar: Tofiq Quliyev, Edvard Qriq (Eduard Griq kimi), Salve D'Espozito, Qəmbər Hüseynli (sonuncu şəxs titrlərdə yoxdur) Dekorator: Fikrət Ələkbərov Fotoqraf-rəssam: Pərviz Quliyev Qrim edən: Elbrus Vahidov İkinci rejissor: Zilli Namazov Rejissor assistenti: Məmməd Ağabəyov Operator assistenti: Sərvər Rəşidoğlu, Nəsir Ağayev, Nizami Səfərov Səs operatoru assistenti: Vidadi Samanduyev İşıq ustası: Şəmsi Qədirov Əlbəsəçi: Taisiya Kovalyova Rəng quraşdırıcısı: Tamara Alekseyeva Məsləhətçilər: Ramiz Məlikov (polkovnik), Ağabəy Sultanov (professor) Redaktor: Nəriman Əbdülrəhmanlı İnzibatçılar: Arif Kərimov, Eyyub Məmmədov (Əyyub Məmmədov kimi), Novruz Səmədov Mətni oxuyan: Rafiq Əliyev (rus dilində) (titrlərdə yoxdur) İfasından istifadə edilən müğənni: Rəşid Behbudov (rus dilində) (titrlərdə yoxdur)
Rollarda Yaşar Nuri — Əbdülqəni Eldəniz Zeynalov — musiqi xadimi Cahangir Aslanoğlu — ağlayan qoca Firudin Mehdiyev — qara eynəkli qoca Muxtar Maniyev — ata Zərnigar Ağakişiyeva — ana Muxtar Avşarov — molla Nuriyyə Əhmədova — musiqi xadiminin qohumu Əjdər Həmidov — zabit İdris Rüstəmov — qohum Bəhram Bağırzadə — milis kapitanı Lətifə Əliyeva — ana Mənsur Məmmədov — Əbdülqəninin qaynatası Gülşad Baxşıyeva — Əbdülqəninin arvadı Arif Qasımov — antena daşıyan Arif Kərimov — tabutu yaran Əbdülqəni Əliyev (Əbdül Əliyev kimi) Arzu Hüseynov — əsgər Məmməd Ağabəyov Kamil Seyquşahov Dünyamin Hüseynov Vitali Kolmanovski İlham Babayev Nazim Babayev Kərim Ramazanov Behbud Mustafayev Fərrux Mustafayev Ülvi Əmiraslanov Novruz Səmədov Nizami Səfərov Ahəng Vokal Kvarteti — evdə oxuyanlar
Çəkilişə köməklik edən qurumlar Bakı Hərbi Litseyi Balaxanıneft Şirkəti Muzey Qalıq və Dəyərlərinin Elmi Bərpası Mərkəzi Rafiq Babayev Adına Studiya
Çəkilişə kömək edən Səyavuş Kərimi
Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Həmçinin bax
Kateqoriya:1997-ci ilin Azərbaycan filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Rusca filmlər