Məzmun Burada təkcə xəsisliyin ifşasından söhbət getmir. Ekran əsərində xalqımızın istək və arzularını, həyat tərzini, milli adət-ənənələrini əks etdirmək müəlliflərin əsas qayəsi olmuşdur. Filmdə yadelli, nankor ermənilərin zaman-zaman Azərbaycanın münbit torpaqlarına köçürülməsinə, yüksək çinli rus məmurlarının xalqımıza qarşı yeritdiyi müstəmləkə siyasətinə etiraz işarələri vardır. Bu ştrixlər personajların dialoqlarında və xarakterlərində daha qabarıq verilmişdir.

Film əvvəldən axıradək bəstəkar Arif Məlikovun şux, oynaq musiqisi ilə, ayrı-ayrı obrazlar üçün yazdığı duzlu, məzəli mahnılarla müşayiət olunur. Heydər bəylə (Elnur Mehdi) Sonanın (Günel Həsənzadə) lirik məhəbbət əhvalatı filmin leytmotivini təşkil edir. Film Şərq, o cümlədən Azərbaycan kinosu üçün xarakterik olan xoşbəxt sonluqla bitir.

Film haqqında Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Bu film pyesin II ekran variantıdır. "Hacı Qara" pyesinin motivləri üzrə eyniadlı bədii film ilk dəfə 1929-cu ildə rejissor Abbasmirzə Şərifzadə tərəfindən çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Mirzə Fətəli Axundov Ssenari müəllifi: İsi Məlikzadə, Cahangir Mehdi Quruluşçu rejissor: Cahangir Mehdi, Elnur Mehdi Quruluşçu operator: Yuri Varnovski Quruluşçu rəssam: Rafiq Nəsirov Bəstəkar: Arif Məlikov Mahnıların mətni: Ramiz Rövşən Musiqi redaktoru: Rauf Əliyev Səs operatoru: Əsəd Əsədov Geyim rəssamı: Mehriban Əfəndiyeva Qrim üzrə rəssam: Telman Yunusov Montaj: Tamilla Muxtarova Rejissor: Adil İsmayılov Operator: Azər Salayev Rejissor assistenti: Mahir İbadov, Arzu Abdullayeva Operator assistenti: Eldar Ağayev İcraçı prodüser: Əlfi Şükürov, Ədalət Yunusov, Şamil Süleymanlı Redaktor: Mirzəağa Atəş

Rollarda Səyavuş Aslan — Hacı Qara Əjdər Həmidov — Kərəməli Saleh Sadıqov — molla Muxtar Avşarov — erməni zabit Lətifə Əliyeva — Tükəz Rəşid Səməndər — Əsgər bəy Rəşad Həsənov — Səfər bəy Fuad Poladov — pristav Ədalət Ziyadxanov — erməni Mkrtç Arif Qasımov — erməni əkinçi Məlik Dadaşov — Ohan Yüzbaşı Aqil Əmirov Günel Həsənzadə — Sona Elnur Mehdi — Heydər bəy İdris Rüstəmov — Əsgər

Filmi səsləndirənlər Yaşar Nuri — Ohan Yüzbaşı (Məlik Dadaşov) (titrlərdə yoxdur) Cahangir Mehdi - Heydər bəy (Elnur Mehdi) (titrlərdə yoxdur)

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 379.

Xarici keçidlər Filmi izlə: ;

Kateqoriya:2002-ci ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması