Əbülhəsən mirzə Məhəmmədtağı mirzə oğlu Qovanlı-Qacar (1847–1919)—şair, siyasətçi.

Həyatı Əbülhəsən mirzə Məhəmmədtağı mirzə oğlu 1847-ci ildə Təbriz şəhərində dünyaya göz açmışdı. Mədrəsə təhsili almışdı. Şair və yazıçı idi. Heyrət təxəllüsü, Şeyxürrəis ləqəbi vardı. Bir müddət о, Iran şəhərlərinə Misir, Hindistan və Osmanlı ölkələrinə səyahət etmiş, "Ittihadül-islam", "Kitabül-əbrar" ("Azad adamlarının kitabı") və "Müntəxəbi-nəfis" kimi bir neçə əsər yazmışdır. Onun fars və ərəb dillərində seçilmiş şeirlərindən və nəsr yazılarınldan ibarət olan son əsəri hicri qəməri 1312 (1894)-ci ildə Bombeydə çap edilmişdir.

Bu kitabın müəllifi (M. Tərbiyət) Iran Məclisi Şurasının ikinci çağırışı üçün Təbrizdən nümayəndə seçildiyi zaman Şeyxürrəis də Mazandarandan nümayəndə seçilmişdir. Şeyxürrəis aşagıdakı qəzəli Məclisi Şurada siyasi qruplar arasında olan ixtilaflar haqqında ixtisarla nəzmə çəkmişdir:

Məclis bəzəyən ayım, о qaşlarındır hilal,

Gözlərin inqilabi, qamətindir etidal.

Rəqsindir irtican, adındır imtinai,

Vüsalın ictimai hicranındır ixtilal.

Gözəllərin gözəli, biz arıqıq, sən ətli,

Bir azadlıq ver bizə, sərv boylu liberal.

Birləşmiş firqələrdə Demokrat firqəsinin,

Birləşməsi uzaqdır, məncə bu mahal xəyal.

Bu müqəddəs məclisdə bel bükülmüş mən yazıq,

Bədii bir şeir dedim, düşünmədən mən dərhal.

İstinadlar

Mənbə

Həmçinin bax

Qacarlar

Xarici keçidlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Qacar şahzadələri Kateqoriya:İran Məşrutə inqilabı Kateqoriya:İran parlamentinin üzvləri Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:İran Məşrutə inqilabı şəxsləri