Mark Salvi Oton (;Klassik Latın dilində, Otonun adı MARCVS SALVIVS OTHO CAESAR AVGVSTVS şəklində yazılırdı. ) — 15 yanvar 69-cu ildən etibarən Roma İmperatoru.

Həyatı Mənşə etibarilə etrusk idi. 58-ci ildə 66-cı ilədək Luzitaniya valisi vəzifəsini icra etmişdi. Nerona qarşı Qalbanın başladığı üsyanı dəstəkləmişdi. Lakin Qalba tərəfindən vəliəhd elan edilmədiyindən onun əleyhinə intriqalara qoşulmuşdu. Pretorian qvardiyasının köməyilə 69-cu ilin yanvarında Qalbanı devirmiş və özünü imperator elan etmişdi. Ona qarşı üsyan qaldırmış və Reyn, Qalliya və Britaniya orduları tərəfindən dəstəklənmiş Vitelliyə qarşı Bedriak döyüşündə məğlub olduqdan sonra özünü öldürmüşdür.

Ölüm anında demişdir: Hamının bir nəfərə görə ölməyindənsə, bir nəfərin hamıya görə ölməsi daha yaxşıdır.Plutarx. Müqayisəli tarixçələr. Oton. 18

İstinadlar

Kateqoriya:Roma imperatorları Kateqoriya:Kəskin alət ilə intihar edənlər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri