right|thumb Teosofiya cəmiyyəti—Yelena Blavatskaya tərəfindən qurulan dərnək.
Tarixi Tarix səhnəsində meydana gələn yeni dinlərin böyük əksəriyyətinin fəaliyyəti uzun müddətli olmamışdır. Buna baxmayaraq bəziləri öz mövcudluğunu qoruya bilmiş və tanınaraq hal-hazırda geniş yayılan dinlərdən birinə çevrilmişdir. "Müasir dövrdə yeni yaranan dinlərdən hər hansı biri bir neçə əsrdən artıq mövcud ola biləcəkmi?" Din sosioloqlarının fikrincə bu suala müəyyən mənada müsbət cavab vermək mümkündür. Belə ki, onlar dünyəvi faktorlardan çıxış edərək belə dinlərin daha uzunmüddətli olacağını irəli sürürlər. Tədqiqatçılara görə, yeni dinlər yalnız o vaxt inkişaf edib yayıla bilərlər ki, özlərində ruhani həyat qabiliyyətini, güclü təşkilatçılığı və tərəfdarlarının şəxsi maraq dairələrini yüksək səviyyədə qoruya bilsinlər. İctimai mühitdə yeni dinlərin yayılması o halda özünü göstərir ki, mənəvi dəyərlərdə qeyri-müəyyənlik, cəmiyyətdə parçalanma, ənənəvi dinlərdə isə zəifləmə müşahidə edilsin.
Bu məqalədə yeni dinlərdən biri, XIX əsrin sonlarında yayılaraq nüfuzlu dini-mistik cərəyana çevirilən teosofiya və ya teosof cəmiyyəti haqqında məlumat veriləcəkdir. В"TeosofiyaВ" sözü В"ilahi müdriklikВ" mənasına gəlir. Nüfuzlu tədqiqatçıların fikrinə görə, teosofiya məfhumu bizim eranın III əsrində görkəmli Roma fəlsəfəçisi Plotinin müəllimi, məşhur filosof Ammonim Sakkas tərəfindən irəli sürülmüşdür. Lakin teosofiyanın tarixi kökləri Şərqə, xüsusilə də bir çox təlimlərin əsas tərkib hissələrindən sayılan Upanişad və Veda mətnlərinin formalaşdığı Hindistana gedib çıxır.
Sinkretik dini-mistik təlim kimi isə əsası zadəgan rus qadını, yazıçısı Yelena Petrovna Blavatskaya tərəfindən qoyulmuşdur. O, 1831-ci ildə Yekatirinoslavda alman zadəganı Piter Hanın ailəsində dünyaya gəlmişdir. Gənclik illərində spiritizm (ruhlarla əlaqə yaratmaqla bağlı mistik təsəvvür) ilə maraqlanan Yelena 17 yaşında çar generalı Blavatski ilə ailə həyatı qurur, lakin üç aydan sonra onu tərk edir. Uğursuz ailə həyatından sonra o, mistik din və təlimlərlə məşğul olmaq yolunu seçərək Tibetə, Hindistana, Misirə, daha sonra isə Amerikaya səyahət edir. Səyahətlər zamanı ezoterik (gizli) dini məktəblərin təlimlərinə qatılır və onlar haqqında əsaslı məlumat əldə edir. Yolagəlməz xasiyyətinə baxmayaraq o, nəzərəçarpan bacarığı ilə 1875-ci il sentyabrın 13-də özünün iki pərəstişkarı вЂ" polkovnik Q. Olkotun və U.cacın köməkliyi ilə В"Həqiqətdən üstün din yoxdurВ" şüarı altında teosof cəmiyyətini yaradır. Blavatskayanın sözlərinə görə bu: В"Bütün dinləri, təriqətləri və xalqları əbədi həqiqətə əsaslanan ümumi əxlaq sistemi altında barışdırmaq cəhdidirВ".
Teosof təlimin əsasında brahmanizmin, induizmin və buddizmin dini-fəlsəfi konsepsiyalarının, həmçinin okkultik və qnostik elementlərin təsir izlərini müşahidə etmək mümkündür. Teosoflar dinlərin tarixi formalarını nəzərə almayaraq, bütün dini rəmzlərdəki gizli mənaların oxşarlıq axtarışından çıxış edərək, müxtəlif inancları birləşdirib bunun əsasında müəyyən ehkamlarla bağlı olmayan universal din yaratmağa çalışırdılar. cəmiyyətin təsisçilərinin qeyd etdiklərinə görə, В"teosofiyaВ" termininin əsası neoplatonçular məktəbinə gedib çıxır. Əslində isə cərəyanın və cəmiyyətin adı təsadüf nəticəsində seçilmişdir. cəmiyyətin təsis iclasından sonrakı yığıncaqda ona ad qoyma məsələsi qaldırılmışdı. Blavatskaya, Olkot, cac və Felt В"MisirşünaslıqВ", В"GermetiklikВ", В"RozenkreyserlikВ" adları arasında seçim apararkən iştirakçılardan təsadüfən biri lüğəti vərəqləyən zaman В"teosofiyaВ" sözünə rast gəlir və bu kəlmə yığıncaqda iştirak edənlərin hamısının ürəyincə olur.
Teosofların təliminə görə insanın son amalı вЂ" В"gizli müəllimlərВ" tərəfindən qorunan okkultik biliklərə nail olmaq və fövqəltəbii bacarıqları əldə etməkdir. Bu hədəf ezoterik ənənənin ithaf etdiyi azsaylı ustadlar və ya В"gizli müəllimlərВ" tərəfindən həyata keçirilir. Asiyanın müqəddəs mətnləri, mason və tampliyerlərin mifologiyası, həmçinin rozenkreyserlər haqqında mistifikasiya əsasında Y. Blavatskaya guya gizli təlimləri dünyaya çatdırmaq üçün onu seçən fantastik Himalay müəllimlərinin qardaşlığı obrazını yaratmışdı. Blavatskayanın sonrakı bütün fəaliyyəti, həmçinin dünya üzrə yerdəyişməsi məhz bu В"müəllimlərinВ" göstərişləri ilə izah olunur.
Teosoflar В"gizli müəllimlərВ"in cərgəsinə həm uydurulmuş (ustad Moriya, Pifaqorun təcəssüm etdiyi Kut Humi, İllarion, Serapis, Dvay Hul), həm mifik (Budda, Mahaqoyan, Manu, Maytreya), həm də tarixi şəxsiyyətləri (Kun-çzı, Süleyman, Lao-çzı, Beme, Rocer Bekon, Frensis Bekon, Kaliostro, Mesmer, İbrahim, Musa, Platon, Rodcerin və Frensis Bekonun təcəssüm etdiyi şahzadə Rakocci) əlavə edirlər. В"Gizli müəllimlərВ" iyerarxiyasının başında isə Qobi səhrasında yerləşən və kənar gözlərdən gizli qalan Şambale məmləkətində yaşayan dünyanın Hakimi durur.
В"Gizli müəllimlərВ"in sirli mühitdə çalışmalarının səbəbi odur ki, insanlar В"qara qüvvələrəВ" meyilli olduqlarından, adətən, vasitəçi В"müəllimlərəВ" inanmırlar və onları təqib edib incidirlər. В"Gizli müəllimlərВ"in işlərinin mahiyyəti isə kainatın taleyini idarə etməkdən və onu В"şər qüvvələrВ"in təsirindən qorumaqdan ibarətdir. Teosofiya gizli universal doktrina ideyasına əsaslanır və öz mövcudiyyətini onun tədqiqi ilə bağlayır. Bu doktrinada ilkin zəmin kimi o vurğulanır ki, təməl həqiqətlər və dəyərlər bütün kainatda universaldır və bütün dinlər bu universal idrakın müxtəlif təzahürləridir.
Teosoflar Tanrının şəxsi varlığına inanmırlar. Onlar monistdirlər və etiqad edirlər ki, mövcud olan bütün varlıq birdir. İndividuallıq yoxdur. Bundan savayı, onlar panteist fikirlər irəli sürərək, var olan hər şeyin Tanrı olduğunu bildirirlər. Özünün В"The Key to TheosophyВ" əsərində Blavatskaya yazır: В"Biz ümumdünya ilahilik prinsipinə etiqad edirik. Mövcud hər şeyin törədiyi və hər şeyi canına cəkdiyi mənbə varlığın böyük silsiləsinin sonundadırВ". Teosofların təməl ideyası bütün varlığın birliyinə əsaslandığından edilən dualar müəyyən bir obyekt üçün nəzərdə tutulmamışdır. Kainatın individuallıq istiqamətində təkamül edən simasız tanrılığına etiqad edən teosoflar eyni zamanda inanırlar ki, fiziki dünya real deyil. Maddi kainatda onlar sadəcə inikası görürlər. İndividuallığı isə qeyri-real sayırlar.
Karma və reinkarnasiya məfhumları da teosofların insan və etika haqqındakı təsəvvürlərində böyük rol oynayır. Reinkarnasiyaya görə, insanın ölümündən sonra onun bir hissəsi yenidən təcəssüm edir. Teosoflar inanırlar ki, bəşəriyyət təkamülünü ən ibtidai məxluqlardan başlamışdır. Sonda insan simasına döndükdən sonra onlar yenidən təkamülün ən ibtidai və aşağı formasına qayıtmayacaqlar. Karmanın kainat qanunu olduğunu isə onlar obrazlı şəkildə В"Nəyi əkərsən, onu da biçərsənВ" cümləsi ilə daha bariz şəkildə təqdim edirlər. cəmiyyətin fəaliyyəti Avropanın və Amerikanın bir çox ölkələrində sürətlə yayıldı. Onun sıralarına əvvəl heç bir təşkilatda birləşməyən, astrologiya və okkultizimlə maraqlanan çoxlu sayda insanlar axışmağa başladı. Elə bu dövrdə Blavatskayanın mistifikasiyasının ifşa edilməsi və onun şarlatanlıqda təqsirləndirilməsiylə bağlı cəmiyyət ətrafında ilk qalmaqallar yaranmağa başladı.
1878-ci ildə Teosof cəmiyyəti Arya Samac ilə sıx əlaqələrə girdi və bəyan etdi ki, teosofiya bütün insanların birgə qardaşlığının bərqərar edilməsinə, irq və xalqların, həmçinin mövcud din və inancların birliyinə köməklik göstərir.
1879-cu ildə Blavatskaya və Olkot Hindistana gedərək cəmiyyətin mərkəzi mənzil qərargahını Adyar şəhərində açdılar. Bu köç əsasən Nyu-York cəmiyyətinin üzləşdiyi maliyyə çətinlikləri və Olkotun kolonial iqtisadiyyat sərmayəsinə can atması ilə izah olunur. Hindistanda bu cəmiyyət В"TeosofВ" adlı jurnal buraxmağa başladı. Seylon adasına gələn Olkot və Blavatskaya üsyan qaldıran seylon buddistlərinin tərəfini tutdular və bununla da kolonial hakimiyyət dairələri ilə əhəmiyyətli dərəcədə əlaqələri çətinləşdirdilər. Bununla yanaşı, Blavatskaya Rusiyanın xeyrinə cəsusluqda idtiham olunurdu. Teosoflar cəmiyyətinin fəaliyyəti Seylonda yerli buddist ictimaiyyəti tərəfindən dəstəkləndi və geniş vüsət aldı. Bu xüsusilə özünü buddist məktəblərinin təşkilatlanmasında göstərdi. 1960-cı ildə Seylonda təhsilin milliləşdirilməsinə qədər artıq Teosof cəmiyyətinə 400 məktəb aid idi.
1883-cü ildə Teosof cəmiyyəti ətrafında növbəti qalmaqal baş verdi. Amerikalı medium Henri Kiddl aşkar etdi ki, Blavatskayanın guya müəllim Kut Humidən aldığı və A. P. Sinnetin В"Okkultik dünyaВ" kitabında çap edilən mənəvi məktublar, məhz Kiddlin öz çıxışının sözbəsöz təkrarıdır. 1883-cü ilin sonları teosof cəmiyyətinin London lojasında lojanın prezidenti Anna Kinqsford və həmin lojanın üzvü yazıçı A. P. Sinnet arasında, onun В"Ezoterik buddizmВ" adlı kitabıyla bağlı qalmaqallı təhqiqat işi aparıldı. Belə ki, bu kitabda teosofiya buddizmin müəllif interpretasiyasının sinonimi kimi şərh edilmişdi. Təhqiqat teosof cəmiyyətinin əsas problemlərindən sayılan В"aydın doqmatik təməllərinin olmamasıВ" fikrini üzə çıxardan ciddi teoretik konfliktə çevrildi. Bunun nəticəsində Anna Kinqsford teosof cəmiyyətindən ayrıldı və özünün hermetik cəmiyyətini yaratdı. 1884-cü ildə isə növbəti qalmaqal yaşandı. Teosof cəmiyyətinin mənzil qərargahında çalışan cəmiyyətin hindistanlı mənsubları Emma və Aleksis Kulomb cütlüyü Blavatskayanın etibarlı tərəfdarları oldular. Lakin Emma Kulombun varlı neofitlərdən pul qopartmaq cəhdlərindən sonra Blavatskaya onu cəzalandıracağını bildirdi. Bunun müqabilində Emma Kulomb teosof cəmiyyətinin rəhbərlərini, Blavatskayanın fırıldaqlarını aşkara çıxaracağı ilə hədələyərək, pul istəyib şantaj etməyə başladı. Öz təhdidlərinin doğruluğunu sübut etmək məqsədilə o, Blavatskaynın göstərdiyi hərəkət edən divar, tavan və müqəvva В"fokuslarınınВ" mexanizmini üzə çıxartdı. Qalmaqal Emma Kulombun və Leyn Foksun savaşmasıyla nəticələndi və cütlük teosof cəmiyyətindən qovuldu. Belə olan təqdirdə Emma Kulomb Blavatskayanın В"gizli məktublarВ"ından seçmələri onun qatı düşməni Mədrəsdəki Xristian kollecinin rektoru Pattersona satdı.
Elə həmən il Adyar şəhərinə teosof cəmiyyəti ətrafında baş verən В"ruhi təzahürlərinВ" doğruluğunu yoxlamaq məqsədilə ruhi tədqiqatlar cəmiyyətinin təmsilçiləri gəldilər. Onların yekun rəyi son dərəcə mənfi oldu və bu öz növbəsində teosof cəmiyyətinin rəhbərləri arasında gərgin münasibətlərə gətirib çıxartdı. 1885-ci ilə qədər teosof cəmiyyətində 121 loja qeydiyyatdan keçmişdi ki, onlardan 106-sı Hindistanda, Birmada və Seylon adasında yerləşirdi. cəmiyyətin tərkibinə daxil olan astroloqlar Alan Leonun rəhbərliyi altında Londonda teosof cəmiyyətinin lojasını yaratdılar. XX əsrin sonlarında bu loja ən möhtərəm astroloq təşkilatına çevrilmişdi. 1885-ci ilin sonunda cəmiyyətin içində hədəfinin qeyri-müəyyənliyi, inzibati idarəçiliyin çatışmazlığı, həmçinin Blavatskaya və Olkot arasındakı konfliktlərlə əlaqəli olaraq lojaların xüsusi idarəli milli filiallara çevrilmə tendensiyası müşahidə edilməyə başladı. Teosof cəmiyyətinin mövcudluğuna mənfi təsir göstərən amillərdən biri də bu idi ki, cəmiyyət ətrafına isterik və qalmaqal mühit yaradan bir sıra psixi və nevrotik anormal insanları cəlb etmişdi. 1885-ci ilin dekabrında teosof cəmiyyətinin mənzil-qərargahına üzvlükdən imtina ilə bağlı yüzlərlə məktub gəlməyə başladı. Bu da öz növbəsində maliyyə çətinlikləri yaratdı.
1891-ci ilin may ayında вЂ" Blavatskayanın ölümündən sonra teosof cəmiyyətində rəhbərlik uğrunda Olkot və onun keçmiş köməkçisi Uilyam cac arasında amansız mübarizə başladı. Anna Bezantın aktiv iştirakı ilə bu mübarizə dəyişən uğurla 1894-cü ilə kimi davam etdi. 1895-ci ildə isə cac teosof cəmiyyətinin Amerika filialını ayırdı və onu В"Amerika teosof cəmiyyətiВ" adlandıraraq müstəqil təşkilata çevirdi.