Vladimir İvanoviç Nemiroviç-Dançenko () — rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti, (1936), Stalin mükafatları laureatı (1942, 1943).
Həyatı K. S. Stanislavski ilə birlikdə Moskva Bədaye Teatrını yaratmış, 1919-cu ildə həmin teatrın nəzdində musiqi studiyası təşkil etmişdi (1926-cı ildən K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenko adına Musiqili Teatr). Vladimir Nemiroviç-Dançenkonun Üzeyir Hacıbəyovla işgüzar əlaqələri olmuşdur. Stalin mükafatları komitəsinin sədri V. Nemiroviç-Dançenko, komitənin üzvü Ü. Hacıbəyovla iclaslarda tez-tez görüşür, Ü. Hacıbəyovu rəhbərlik etdiyi teatrın premyera tamaşalarına dəvət edirdi. Vladimir Nemiroviç-Dançenko İncəsənət İşləri üzrə Ümumittifaq Komitəsinin nəzdindəki bədii şuranın sədri kimi də Ü. Hacıbəyovun müzakirələrdəki rəy və fikirləri ilə hesablaşırdı.
İstinadlar
Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:Rusiya erməniləri Kateqoriya:Gürcüstan erməniləri Kateqoriya:Rusiya ukraynalıları Kateqoriya:Rusiya rejissorları Kateqoriya:1858-ci ildə doğulanlar Kateqoriya:1943-cü ildə vəfat edənlər Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Rusiya Teatr Sənəti Universitetinin müəllimləri Kateqoriya:XIX əsr dramaturqları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XX əsr teatr rejissorları Kateqoriya:Rusiyanın teatr pedaqoqları Kateqoriya:Rusiyanın teatr tənqidçiləri